Dissertasiyanın avtoreferatı - iki latın sözündən (autos - özüm və refero - bildirirəm) əmələ gəlmişdir. Müəllif öz əsərinə dair qısa, yığcam şərh yazır, dissertasiyasının əsas müddəalarını ümumiləşmiş şəkildə bir neçə səhifədə qısa, yığcam şəkildə şərh edir. Avtoreferat elə yazılmalıdır ki, oxucu dissertasiyanın əsas müddəaları, məzmunu haqqında məlumat ala bilsin. Əlbəttə qısa, yığcam yazmaq heç də asan məsələ olmayıb xüsusi bacarıq və istedad tələb edir. Deyirlər alman yazıçısı Volter dostuna uzun bir məktub yazmış və məktubunun sonunda yazmışdır: “Dostum, məni bağışla, qısa yazmağa vaxtım yoxdur”.