Modelləşdirmə - (lat. modulus - ölçü, nümunə) - İdrak obyektlərinin onların modelləri üzərində tədqiq edilməsi metodudur. Real surətdə mövcud olan obyekt və hadisələrin modellərinin hazırlanması və quraşdırılması; öyrənilən obyekt və hadisələrin xarakteristikalarının yaxşılaşdırılması; müvafiq modellərin hazırlanmasının rasional qaydalarının tapılması; səmərəli idarə olunması təbiətin və sosial gerçəkliyin müəyyən fraqmentlərinin analogiyalar (modellər) əsasında təhlili tədqiqat işində modelləşdirmə metodunun qarşısında duran vəzifələrdir.