Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı


Korrelyasiya əmsalı (cüt korrelyasiya



Yüklə 277,58 Kb.
səhifə38/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Korrelyasiya əmsalı (cüt korrelyasiya əmsalı) - təsadüfi kəmiyyətlərin statistik əlaqəsini ifadə edən sadə xarakteri­stika hesab edilir. Burada seçmələr üzrə rabitə sıxlığı ancaq nisbi ölçülərə görə qiymətləndirilir.

Dispersiya analizi. Reqressiya analizi hadisələri miqdarca, dispersiya analizi isə keyfiyyətcə analiz etməyə imkan verir.

Dispersiya analizi, əsasən, ingilis statistiki R.Fişer tərəfindən işlənmişdir. Dispersiya analizinin əsas ideyası ondan ibarətdir ki, cəm dispersiyası toplananlara ayrılır: ümumi, faktorlar üzrə və qalıq dispersiya. Dispersiya analizindən riyazi statistikada bir sıra məsələlərin həllində istifadə edilir.

Riyazi statistika tətbiqi elmlərdən biri olub, onun predmeti kütləvi təsadüfi əlamətlərin müşahidəsi nəticəsində əldə olunmuş və ya toplanmış statistik eksperiment göstəricilərinin qeydiyyat metodlarının işlənməsindən təsvir və analizindən ibarətdir.

Təcrübə nəticələrinin statistik emalında əsas mərhələlər aşağıdakılardan ibarətdir.:

- seçimlərin həcminin və müşahidələrin sayının təyini;

- ölçülən kəmiyyətlərin sistemləşdirilməsi - dəyişən kəmiyyətin sərhədlərinin təyini (R = tmax - tmin) və bərabər intervallara (5 ... 13) bölünməsi;

- hər intervala düşən nisbi və ya mütləq tezliklərin hesablanması;

- histoqramın qurulması;

- poliqonun - eksperimental əyrinin qurulması və ya müşahidə modelinin mı tibi;

- paylanma qanununun - nəzəri modelin seçilməsi;

- modelin parametrlərinin hesablanması;

- müşahidə modeli ilə (poliqonla) nəzəri əyrinin uyğunluq dərəcəsinin yoxlanması;

- uyğunluq kriteriyalarından istifadə etməklə dəyişən kəmiyyətin paylanma qanununun bilavasitə təyin edilməsi.

Ölçmələrin eksperimental əyrisi qurulduqdan sonra müşahidə modelinin hansı qanuna daha yaxın olması barədə fərziyyə irəli sürülür.

Texnikada, o cümlədən, avtomobil nəqliyyatında daha çox 5%-li yararlılıq səviyyəsi, müvafiq sərbəstlik dərəcəsi təyin edilməklə qəbul edilir, yəni ehtimal qiyməti a = 0,05-lə fərziyyə qəbul edilir. Çox hallarda nəzəri əyri statistik paylanmanın formasına görə seçilir.


Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin