Eksperiment metodu - Bu hər hansı bir texniki məsələni xüsusi təşkil olunmuş şəraitdə öyrənməkdir. Texniki hadisənin gedişini öyrənməyə aid olan bu və ya digər prosesləri daha dərin tədqiq edib, öyrənmək üçün eksperimentdən istifadə olunur. Tədqiqatçı eksperiment aparmaq üçün müasir avadanlıqlarla təmin olunmuş uyğun eksperimental bazadan istifadə etməlidir. Əldə edilən nəticə eksperimentin planlaşdırma metodlarının köməyi ilə təhlil edilir, ümumi qanunauyğunluqlar müəyyən edilir.
Tədqiqat işində eksperiment mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu metoddan istifadə edərkən tədqiqatçı ilk növbədə öyrənmək istədiyi məsələyə daha tez nail olmaqdan ötrü tələb edilən vəziyyəti özü yaradır; sonra hansı şəraitdə daha yaxşı nəticə almağı bilmək məqsədilə prosesin gedişini istədiyi vaxt dəyişdirir; daha sonra əldə etdiyi məlumatın dəqiqlik dərəcəsini müəyyənləşdirmək üçün təcrübəni dəfələrlə təkrar edir; nəhayət öyrəndiyi prosesi daha düzgün və ətraflı qeyd etməkdən ötrü lazımi texniki vasitələri də hazırlayır. Bütün bunlar isə hər hansı bir texniki prosesi dərindən və düzgün tədqiq etməyə imkan verir.
Eksperimentin iki növünü aparılır:
1) Təbii eksperiment; 2) Laborotor eksperiment.
Dostları ilə paylaş: |