Normativ dedikdə qərarların qəbul edilməsi və reallaşdırılması prosesini qaydaya salmaq üçün istifadə olunan kəmiyyət və keyfiyyət göstəriciləri nəzərdə tutulur.
Təyinatına görə normativ göstəricilər aşağıdakı növlərə bölünür :
- məmulatın xassələrini (etibarlılığını, yükgötürmə qabiliyyətini, kütləsini, qabarit ölçülərini və s.) reqlamentləşdirən ;
- məmulatın halını (texniki vəziyyəti xarakterizə edən parametrlərin: nominal, buraxıla bilən, həddi qiymətlərini) və materialın halını (sıxlığını, özlülüyünü, aşqarların olmasını və s.) reqlamentləşdirən ;
- resurs təminatını (əsaslı vəsait qoyuluşunu, material sərfini, ehtiyat hissələrini, əmək məsrəflərini və s.) reqlamentləşdirən;
- TX və təmir üzrə işlərin apaılma qaydasının texnoloji tələblərini reqlamentləşdirən.
Məqsəd göstəriciləri (MG) sistemin mümkün olan vəziyyətini təyin edir, yəni zaman, resurs və ya digər məhdudiyyətlər nəzərə alınmaqla məqsəd normativlərinin yerinə yetirilmə dərəcəsini təyin edir.
Məsələn, layihələndirmə zamanı istehsal bazasının dəyəri - məqsəd normativi kimi, fəaliyyətdə olan avtonəqliyyat müəssisəsinin istehsalat bazasının faktiki dəyəri - məqsəd göstəricisi kimi, texniki hazırlıq əmsalının (t.h.ə.) planlaşdırılan və faktiki qiymətləri və s. müqayisə üçün göstərilə bilər.
Məqsəd göstəricisinin məqsəd normativlərinə olan nisbəti məqsədin reallaşma səviyyəsini xarakterizə edir.
Məqsəd ağacı qurularkən dekompozisiya – məqsədlərin səviyyələrə bölünməsi baş verir. Yəni onlar sadələşir, konkretləşir, ünvanları dəqiqləşir.
Beləliklə, MA-nın qurulması öz-özünə fəaliyyəti sistemləşdirir, yəni ümumi halda ali səviyyəyə çatmaq üçün aşağı səviyyənin də öz funksiyasını yerinə yetirməsi vacibdir. Ona görə də MA qurulduqdan sonra sistem ağacını (SA) və ya proqramı formalaşdırırlar.
MA-nın SA-dan fərqi ondan ibarətdir ki, MA-da ağacın zirvəsi - məqsədi və ya funksiyanı - fəaliyyəti xarakterizə edir. SA-da isə bu funksiyaları reallaşdıran obyekt və sistemlər xarakterizə olunur (2).
MA və SA-nın vacibliyi ondan ibarətdir ki, sistemin məqsədi ümumi şəkildə deyil, struktur formada təsvir edilir.
Müəssisə və ya təşkilat qarşısında qoyulan məqsədə çatmaq üçün, obyektə təsir göstərən bütün faktorlar və alt faktorların müəyyən edilməsi ən vacib məsələlərdən biridir.
Ona görə də idarəetmənin əsas vəzifələrindən biri, hər səviyyədə məqsəd və sistemlərin vacibliyindən asılı olaraq onların ranqlanmasıdır. Eyni zamanda, alt məqsədlər məqsədə təsir dərəcəsinə görə, altsistemlər həm fərdi, həm də ümumi məqsədlərə çatmaq dərəcəsinə görə ölçülür (çəkilir), qiymətləndirilir və ya ranqlanır.
Məsələn, (şəkil 2.4) məqsədi (çəkisi 0,8) və S2I (çəkisi 0,2) altsistemlərinin (alt proqram) köməkliyi nəticəsində əldə edilir.
0,2
0,3
Şəkil. Məqsədlər ağacı (I) və sistem ağacının (II)
qarşılıqlı təsir sxemi: M – məqsədlər, S – sistemlər
Ranqlamanın ən sadə və operativ metodu ixtisaslaşmış mütəxəssislərin kollektiv nəzər nöqtələrinin müəyyən edilməsinə və sistemləşdirilməsinə əsaslanan ekspert metodudur.
Ranqlama ilə əlaqədar daha ciddi məsələlər çox faktorlu modellərin qurulması ilə həll edilir.
Ranqlama məqsədilə dinamiki proqramlaşdırma, komponent analiz və s. metodlardan da istifadə edilir.
Rasional qərarın seçim üsullardan biri, sistemin strukturunun xüsusiyyətlərindən irəli gələn, variantların sistemləşdirilməsinə əsaslanan morfoloji metoddur.
Nəqliyyat proqramlarında MA-nın ən yüksək təbəqəsinin məqsədi istehsal sahələrinin və əhalinin yük və sərnişin daşımalarına olan tələbatını, bütün növ resurslara qənaət etməklə, təmin etməkdən ibarətdir. Bu məqsəd bütün nəqliyyat növləri ilə qarşılıqlı şəkildə həll edilir. MA- dan intellektual nəqliyyat sistemlərində də geniş istifadə oluna bilər.
Dostları ilə paylaş: |