Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı


EKSPERİMENTİN PLANLAŞDIRILMASININ



Yüklə 277,58 Kb.
səhifə48/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   43   44   45   46   47   48   49   50   51
Elmi tədqiqatın əsasları - Rauf

EKSPERİMENTİN PLANLAŞDIRILMASININ

ÜMUMİ METODİKASI
Eksperimentin planlaşdırılması və təcrübə nəticələri­nin hesablanmasında passiv və aktiv metodlardan istifadə edilir. Passiv eksperimentlərdə faktorların səviyyələri ixtiya­ri qaydada seçilir. Bu zaman tədqiqatçı passiv müşahidəçi kimi sınaqların - təcrübələrin nəticələrini qeyd edir. Aktiv eksperimentdə isə faktorların səviyyələrinin seçilməsi və on­ların dəyişdirilmə ardıcıllığı eksperimentin planlaşdırma nə­zəriyyəsinin əsas qaydalarına uyğun olaraq aparılır.

Passiv eksperimentlərdə faktorların cüt korrelyasiya əlaqəsinə (rabitəsinə) malik olduqlarını təyin etmək, iki və üç faktorlu dəyişən olduqda isə riyazi modelin əmsallarını hesablamaq çətin olur. Dəyişənlərin sayı 4, 5 və daha çox olduqda hesablama daha da mürəkkəbləşir.

Passiv eksperimentlərdə faktorların səviyyələrinin qey­ri-simmetrik (ixtiyari) seçilməsi prosesin təkrar yoxlanması­nı, modelin əmsallarının əhəmiyyətliliyini, statistik qiymətləndirilməsini və riyazi modelin adekvatlığının yoxlanmasını çətinləşdirir. Passiv eksperimentdə təcrübələrin sayı çox olur.

Aktiv eksperimentin aparılmasında bütün bu çətinlik­lər aradan qalxır: təcrübələrin ümumi sayı minimuma endi­rilir; seçilən bütün faktorların səviyyələri xüsusi qayda üzrə eyni zamanda dəyişdirilə bilir; riyazi aparatdan istifadə edi­lir; konkret strategiyanın olması hər təcrübə seriyasından sonra əsaslandırılmış qərarın qəbul edilməsinə imkan yara­dır; səmərəlilik yüksək olur və s.

Eksperimentin planlaşdırılması iki istiqamətdə aparı­lır. Birinci istiqamətdə müxtəlif faktorların tədqiq edilən optimallaşdırma parametrinə təsir dərəcəsi müəyyən edilir. Bu zaman alman model interpolyasiya formulasından iba­rət olur.

İkinci istiqamətdə ekstremal eksperimentlərin planlaşdırılmasmda qarşıya qoyulan məsələ faktorların elə qiymət­lərinin təyin edilməsindən ibarətdir ki, faktorların həmin qiymətlərində tədqiq edilən optimallaşdırma parametri ən böyük və ya ən kiçik qiymət alsın.

Eksperimentin planlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır: əvvəlcə eksperimentin hərtərəfli təsviri verilir, onun əsas vəzifəsi formalaşdırırlır; optimallaşdırma parametri se­çilir, qiymətləndirici parametrin prosesin keyfiyyətini nə də­rəcədə əks etdirdiyi müəyyən edilir, faktorlar seçilir və onla­rın dəyişmə diapazonu - sərhədləri təyin edilir.

Əgər inikas funksiyasına təsir edən faktorların sayı çox olarsa, onda ekspert üsulundan və ya təsadüfi balans meto­dundan istifadə edərək faktorlar seçilir (xəlbirlənir).

Eksperimentin mərkəz (sıfır) nöqtəsi təyin edilir. Mər­kəz nöqtəsinə nəzərən faktorların diapazonu iki hissəyə bölünərək faktorların dəyişmə addımı müəyyən edilir.

Riyazi modelin növü seçilir, əvvəlcə xətti model tərtib edilir, sonra tələb olunarsa, üstlü - qeyri xətti yüksək tərtibli modellərdən istifadə edilir və s.

Eksperiment zamanı qarşıya qoyulan vəzifə və şərtlər­dən asılı olaraq planlaşdırmanın ortoqonal, ortoqonal mər­kəzi kompozisiyalı, rotatabel mərkəzi kompozisiyalı, D - optimal və s. növlərindən biri seçilir. Kəsr replikasından da istifadə olunmasının yoxlanması məqsədəuyğun hesab olu­nur. Eksperiment aparılır və onun əsasında prosesin riyazi modeli tərtib edilir. Sonrakı mərhələdə eksperimentin tək­rarlanması Koxren kriteriyasına, zəif effektlərin kənarlaşdırılması Styudent kriteriyasına, tərtib olunan modelin adekvatlığı isə Fişer kriteriyasına görə yoxlanılır. Əgər birinci tərtib edilən xətti model adekvat olarsa, vektor - qradiyent üzrə ekstremum oblastı istiqamətində tədqiqat işi davam etdirilir. Parametrin ekstremum qiyməti kvadratik model­dən istifadə edilməklə təyin edilir. Son mərhələdə isə faktor­ların parametrin optimal qiymətinə uyğun gələn qiymətləri

müəyyən edilir. Yəni, faktorların parametrin optimal qiy­mətinə uyğun gələn səviyyələri təyin edilməklə, həmin qiy­mətlərin istehsalatda və ya təcrübədə təmin edilməsi ilə qar­şıya qoyulan məqsəd əldə edilmiş olur.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin