Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə5/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   2   3   4   5   6   7   8   9   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Texniki elmlərin paradiqması onlarda formalaşmış qəbul olunmuş tədqiqatların elmi ənənələrini, tədqiqatçının şəxsi paradiqması isə - onun şəxsi elmi platformasını, onun istifadə etdiyi ilkin şərtlərin toplusunu və ümumi təsəvvürləri əks etdirir.

Elmi tədqiqat gedişində insan təfəkkürü həll olunmamış konkret məsələnin olduğunu başa düşməkdən, müəyyən obyektin tədqiqatının ziddiyyətləri və aktuallığının dərk edilməsi, elmi ideyanın irəli sürülməsi və sonra anlayış, mülahizə, elmi faktların alınması və ümumiləşdirilməsi, fərziyyələrin təsdiq olunması və eksperimentlər və nəzəriyyələr əsasında qərar verilməsinə qədər davam edir.



Elmi ideya – əsasında nəticələr qəbul olunan hadisələrin aralıq arqumentasiyası olmadan, əlaqələrin bütün çoxluğunu dərk etmədən intuitiv izahıdır. Elmi ideya irəli sürülməsi idealda hər tədqiqatçını müşayiət etməlidir. O xüsusən işin başlanğıcında məhsuldardır və tədqiqat obyekti haqda məlum biliklərin sistemləşdirilməsinin unikal apriori başlanğıc forması kimi çıxış edir. Elmi ideya artıq mövcud olan biliyə və intuisiyaya əsaslanır və nəzəri, eksperimental nəticələrin əldə edilməsinə və yoxlanmasına qədər sübutsuz qalır. O tədqiqatçının intuitiv fikrinin məhsulu kimi qalır və onun tərəfindən informasiyanın çatışmamazlığı şəraitində güman kimi qəbul olunur, lakin fərziyyələr səviyyəsində əvvəllər məlum olmayan və nəzərə alınmayan qanunauyğunluqların müəyyən olunmasını aşkar edir. Elmi ideya öz spesifik rəsmiləşdirilməsini fərziyyədə tapır.

Anlayış – obyektin əhəmiyyətli və lazımi əlamətlərini əks etdirən fikirdir. Ümumi anlayışlar bir deyil, çox sayda obyektlərlə bağlıdır. ən geniş anlayışlar kateqoriya adlandırılır. Anlayış həcm və məzmunu ilə xarakterizə olunur. Anlayışın həcmi onun əhatə etdiyi obyektlər dairəsini və ya bu obyektlərin aspektlərini əks etdirir, anlayışın məzmunu isə onun birləşdirdiyi əlamətlərin məcmusudur.

Elmi biliyin dərinləşməsi xeyli dərəcədə dəqiqləşməni, ümumiləşməni, əvəz etməni və yeni anlayışların formalaşmasını, onların tərifinə yeni əlamətlərin daxil olmasını əhatə edir. Elmi tədqiqat prosesi istifadə olunan anlayışların tərifindən başlayır və adətən, yeni və ya əvvəlki təriflərin dəqiqləşdirilməsi ilə yekunlaşır. İstifadə olunan anlayışların dəqiq tərifi olmadan tədqiqatın səhv başa düşülməsi mümkündür.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin