Misal 1. Avtomobil yolunun buraxma qabiliyyətim xarakterizə edən kriteriyalar kimi:
-tədqiq edilən A-B marşrutunda verilən avtomobil tipinin orta hərəkət sürəti;
-müxtəlif tip avtomobillərin A-B marşrutunu qət etmək üçün sərf etdikləri vaxtın orta qiyməti;
-müxtəlif tip avtomobillərin A-B marşrutunu qət etmələri zamanı, sərbəst hərəkətə nəzərən müqayisədə, vaxt itkisinin orta qiyməti;
-hərəkət intensivliyi və s. qəbul edilə bilər.
Yolun buraxma qabiliyyətinə təsir edən faktorlar kimi isə:
- hərəkət zolağının eni və sayı (birzolaqlı, ikizolaqlı və s.);
- yol örtüyünün keyfiyyəti (asfalt, beton, çınqıl və s.)
- pereqonun (hərəkətin dəyişdiyi nöqtələr arası məsafənin) uzunluğu;
- eniş və yoxuşların uzunluğu;
- yol nişanları;
- təkərin yolla ilişmə əmsalı;
- yoldan keçən avtomobillərin tiplərinin faiz tərkibi;
- yoldan keçən avtomobillərin maksimum və işçi sürətləri və s. qəbul etmək olar.
Dostları ilə paylaş: |