1. Tədqiqata hazırlıq. Əvvəlcə tədqiqatın məqsədi təyin edilir, vəzifələr müəyyənləşdirilir, tədqiqatın predmeti və obyekti əsaslandırılır, ədəbiyyat icmalı aparılır.
Tədqiqatın predmeti üzrə mövcud biliklər-məlumatlar araşdırılır, patent axtarış aparılır, aparılacaq tədqiqatın vacibliyi əsaslandırılır, tədqiqatın ümumi metodikası və proqramı (nəzəri riyazi modeli) tərtib edilir.
2. Eksperimentin aparılması və təcrübələrin nəticələrinin emalı. Burada təcrübə qurğusunun eskiz və sxeminin tərtibi, cihaz və digər avadanlığın seçilməsi, qurğunun hazırlanması - quraşdırılması, yoxlanması və sazlanması, təcrübə planının tərtibi və təcrübənin aparılması və sistemli şəkildə plana uyğun qeydiyyatı aparılır. Alınan nəticələr statistik emal edilir.
Dostları ilə paylaş: |