Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı


M-3 TƏDQİQAT İŞİNİN XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS ANLAYIŞLARI



Yüklə 277,58 Kb.
səhifə9/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   5   6   7   8   9   10   11   12   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

M-3

TƏDQİQAT İŞİNİN XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS ANLAYIŞLARI


Tədqiqatla əlaqədar ədəbiyyatın öyrənilməsi və materialın seçilməsi ilkin aparılan tədqiqat işidir. Ədə­biyyatın öyrənilməsi ciddi tədqiqat işidir. Buna gərə də ki­tablar, məqalələr oxunarkən əldə qələm olmalı, qeydlər edilməli, çıxarışlar aparılmalıdır. Elmi ədəbiyyatın öyrə­nilməsi bir neçə mərhələdə ola bilir:

  1. Əsərlə, onun başlıqları ilə, mündəricatla ümumi tanışlıq

  2. Əsərin ümumi məzmunu ilə ilkin tanışlıq

  3. Materialın ardıcıllıqla oxunması

  4. Əsərin lazım olan müəyyən hissəsini oxumaq və qeydlər aparmaq

  5. Tədqiqat işi ilə bilavasitə bağlı olan və ya maraq doğuran hissəni çıxarış etmək

  6. Yazılmış materiala tənqidi yanaşmaq

  7. Dissertasiya üçün yalnız lazım olan hissələri qeyd etmək.

Ədəbiyyatın öyrənilməsində belə bir üsul da təklif etmək olar: Dəftərxana kitabını ortadan şaquli xətlə iki ye­rə bölmək olar. Sol tərəfdə oxunmuş materiallardan çıxa­rışlar etmək, sağ tərəfdə isə həmin çıxarış haqqında qeyd­lər aparmaq, mətnin mühüm, vacib olan hissələrini ayırmaq olar.

Oxunmuş material haqqında çox düşünmək, nəticələr çıxarmaq lazımdır. Bu proses mövzu üzərində işlərin ta­mamlanmasına qədər davam edəcəkdir. Bu zaman tədqi­qatçının öz fikirləri ilə oxunmuş material birləşəndə yeni biliklər meydana gələcəkdir.

Materiallardan edilmiş çıxarışları səliqəli, oxunaqlı etmək lazımdır ki, gələcəkdə onlardan istifadə etmək rahat və asan olsun.

Tədqiqatçının işini bir inşaatçıya bənzətmək olar. O səbir və diqqətlə lazımi tikinti materiallarını toplayır. Onla­rı ciddi qaydalarla, müəyyən sistemlə düzür və binanı ucaldır. Əgər hər hansı bir material çatışmazsa və ya key­fiyyətsiz olarsa tikilən bina da yararsız olar və uçar. Təd­qiqatçının da bütün materialları sağlam və keyfiyyətli ol­malıdır ki, onun əsəri yararlı və keyfiyyətli olsun.

Magistrant elm sahəsinin nəzəriyyəsi, tarixi və ya metodikası sahəsində elmi tədqiqat işlərinə başlarkən hər şeydən əvvəl alimlərin yazı dilinə, işlətdikləri terminlərə, anlayışlara fikir verməli, onların mənalarını başa düşməlidir. Elm dilinin özünəməxsus xü­susiyyətləri vardır. Bu dil bədii, publisistik və s. dildən fərqlənir. Tədqiqatçı elmi dili mənimsəməli və dissertasi­yasını da elmi dildə yazmalıdır.

Tədqiqatçı-dissertasiya işini yazarkən bir sıra anlayışlarla, terminlərə, elmi - tədqiqat işlərinə aid kəlmələrlə və söz birləşmələri ilə rastlaşacaqdır. Onların mənalarını, təyinatını bilmədən dissertasiya işini uğurla başa çatdırmaq olmaz. Bu baxımdan onların bir neçəsinin mənalarını və təyinatını açıqlamağı faydalı hesab edirik.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin