Mövzu: DƏMİr döVRÜNÜn maddi MƏDƏNİYYƏTİ



Yüklə 23,77 Kb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü23,77 Kb.
#112927
1   2
dəmir dovrü maddi mədəniyyəti

Geyim və bəzəklər. E.ə.I minilliyin və eranın ilk əsrlərinin geyim mədəniyyətinin öyrənilməsində Assuriya relyeflərinin, eləcədə Azərbaycan ərazisində arxeoloji tədqiqatlar nəticəsində əldə olunan arxeoloji mənbələrin əhəmiyyəti olduqca böyükdür. E.ə.VII yüzilliyə aid edilən Nineva relyeflərində “ Assuriyalıların midiyalıları güclə köçürməsi” səhnəsində qadınların əynində uzunluğu topuğa qədər olan, düz biçimli köynək və onun üstündən geyilən, parçadan tikilmiş oval şəkilli üst geyimi vardır.

Tədqiqatlar e.ə.VII əsrdən başlayaraq qadınların uzun, düzbiçimli, qollarının uzunluğunun dirsəyə qədər olduğu köynək, onun üstündən isə boynu oyma, ellips formalı, yanları tikişli və ya tikişsiz örpək tipli geyim geyindiklərini göstərir.

Arxeoloji mənbələ (saxsı ayaqqabı formalı qablar) əsasən müəyyən olunub ki, antik dövrdə qadınlar səliqə ilə tikilmiş müxtəlif formalı dəri ayaqqabılar geyirmişlər.

Assuriya relyeflərinə görə Manna və Midiya dövlətlərində kişilər uzunluğu dizə qədər olan üst köynəyi geyir, belinə naxışlı kəmər bağlayırdılar. Üst çiyin geyimi kimi heyvan dərisindən hazırlanmış bürüncəkdən istifadə olunurdu. Təsvirdə kişilərin geydikləri şalvarın balaqları uzunboğaz çəkmənin üstünə düşüb.

Antik dövrün geyimlərinin rekonstruksiyasında Mingəçevir qazıntılarından aşkarlanmış üzüklər üzərindəki təsvirlər mühüm əhəmiyyət kəsb edir. Möhürlərdən birində təsvir edilmiş adam uzunluğu təxminən dizdən aşağı olan geyim geyinib. Geyimin ətək hissəsi çox genişdir və beldə kəmərlə yığılıb. Paltarın qolu uzun olub əlin üstünü örtür və aşağı sallanır. İkinci möhürdə təsvir olunan şəxsin əynində qısa, geniş plaşı xatırladan üst geyimi vardır. Üçüncü möhürdə təsvir olunan adamın əynində uzunluğu dabana qədər olan, beldə kəmərlə yığılmış sərbəst biçimli gen paltar vardır.

Arxeoloji mənbələr baş geyimləri haqqında da təsəvvür yaradır. Ziviyə tapıntılarından aydın olur ki, mannalılar saqqallarını səliqə ilə buruq düzəldir, saçlarını qırmızı lentlə yığırdılar. Təpəsi yana sallanan hündür konus şəkilli papaq geyirdilər. Mingəçevir qazıntılarından aşkarlanan möhürlərdəki təsvirlərdə kişilərin başında silindrik formalı baş geyimi vardır. Çust və ya çarığabənzər ayaqqabı. Alçaq dabanlı çəkmə.


Ədəbiyyat:

Baxşəliyev V. Azərbaycan arxeologiyası. Bakı, 2007.

Dünyamalıyeva S.S. Azərbaycan geyim mədəniyyəti tarixi. Bakı, 2002.

Qaşqay S.M. Manna dövləti. Bakı, 1993



Dyson R.H. The Hasanlu Project. //Sciens,135, 1962.

Таваккул Расулоглы. Циклопические сооружения на территории Азербайджана. Баку, 1993.
Yüklə 23,77 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin