Vaxtamuzd əmək ödənişi o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilmiş işin həcmini müəyyən etmək mümkün deyil. Vaxtamuzd ödəniş zamanı əmək haqqı yerinə yetirilmiş işin miqdarı və keyfiyyətindən asılı olmayaraq işlənmiş vaxtın miqdarına görə hesablanır. Vaxtamuzd əmək ödənişi forması sadə vaxtamuzd və mükafatlı vaxtamuzd sistemə bölünür. Son illərdə əməyin təşkilinin və həvəsləndirilməsinin briqada forması geniş istifadə edilir.
Hazırda ayrı-ayrı müəssisələrdə son nəticəyə görə əməyin ödənişi formasından da
istifadə olunur. Bu zaman bütün briqadanın əmək haqqı məhsul vahidinə görə əməyin ödənilmə qiymətini istehsal olunmuş məhsula vurulmaqla hesablanır. Briqadanın ümumi əmək haqqı onun üzvləri arasında əvvəlcədən müəyyən olunmuş nisbətlərə uyğun olaraq bölünür.
Mühasibat uçotunun məqsədləri üçün məhsulun maya dəyərinə daxil edilən və işçilərə hesablanmış əmək haqqı əsas və əlavə əmək haqqına bölünür.
Əsas əmək haqqı dedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarı və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr , mükafatlar və s. ödəmələr nəzərdə tutulur.
Dostları ilə paylaş: |