DT 202 ”İstehsalat məsrəfləri”, 711 “Kommersiya xərcləri”, 721 “İnzibatı xərcləri“ hesabı və s. KT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar “ hesabı mühasibat yazılışı tərtib olunur.
Əmək haqqının digər mənbələr hesabına ödənilməsi zamanı Dt 113, 201, 544, 701 və s. Kt 70 yazılışı verilir. Əməyin ödənişi üzrə qüvvədə olan əsasnaməyə əsasən işçilərə hesablanmış əmək haqqı fonduna daxil edilən mükafat məbləği üçün DT 202 ”İstehsalat məsrəfləri”, 711 “Kommersiya xərcləri ”, 721 “İnzibatı xərclər“ hesabı və s KT 70 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar“ hesabı mühasibat yazılışı verilir.
Rəhbər işçilərə, mütəxəssislərə, qulluqçulara və digər işçilərə hesablanmış mükafat isə (o məhsulun maya dəyərinə daxil edilməyib) maddi həvəsləndirmə fondunun vəsaiti hesabına verilir ki, bu zaman uçotda Dt 343 “ Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)“ KT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar“ hesabı mühasibat yazılışı verilir.
Əmək haqqı üzrə qüvvədə olan qanunvericiliyə əsasən hər bir işçiyə iş yeri və orta əmək haqqı saxlanılmaqla hər il məzuniyyət verilir. Hazırda işçilər müəssisələrdə 6 ay işlədikdən sonra məzuniyyət hüququna malik olurlar və işçilərə məzuniyyət il ərzində bərabər səviyyədə təqdim edilmir. Odur ki, məzuniyyət haqqının istehsal məsrəflərinə bərabər qaydada aid edilməsi üçün hər ay 335 “Digər ehtiyatlar” hesabında ehtiyat yaradılır. Məzuniyyət haqlarının ödənilməsi üçün ehtiyat yaradılan zaman üçün DT
Dostları ilə paylaş: |