Digər uzunmüddətli işci mükafatlandırmaları işçilərin müvafiq xidmətləri göstərdiyi dövrdən sonra on iki ay ərzində tam olaraq ödənilməli olmayan mükafatlardır (əmək fəaliyyətinin başa çatmasından sonrakı mükafatlandırmalar və işdən çıxma müavinətləri istisna olmaqla).
İşdən cıxma müavinətləri aşağıdakı qərarlar nəticəsində ödənilməli olan işçi
mükafatlandırmalarıdır:
a) işçinin pensiya yaşına çatmasına qədər müəssisənin onu işdən çıxarmaq qərarı;
və ya
b) ixtisar zamanı işçinin belə mükafatlandırma əvəzində öz təşəbbüsü ilə işdən
cıxma qərarı.
Zəmanətli işci mukafatlandırmaları pensiya almaq hüququnun işcilərin əmək
münasibətlərinin davam etdirilməsi ilə şərtləndirilməyən pensiyalardır.
İşçilərin qısamüddətli mükafatlandırılmasına aşağıdakı maddələr daxildir:
a) işçilərə və fəhlələrə əmək haqları və sosial təminat fonduna ayırmalar;
b) məzuniyyətin işçilərin müvafiq xidmətləri göstərdiyi dövrdən sonrakı on iki ay
ərzində göturuləcəyi gözlənildikdə, qısamuddətli ödənişli məzuniyyətlər (illik
ödənişli məzuniyyətlər və xəstəlik ilə bağlı ödənişli məzuniyyət);
c) işçilərin müvafiq xidmətləri göstərdiyi dövrün sonundan on iki ay ərzində tam
ödənilməli olan mənfəətdə iştirak və mükafatlar; və
ç) hal-hazırda müəssisədə işləyən işçilər ücün qeyri-pul ifadəsində
mükafatlandırmalar (tibbi xidmət, mənzil, avtonəqliyyat və pulsuz və ya
dotasiya olunan mal ya da xidmətlər ilə təmin olunma).
İşci hesabat dovru ərzində muəssisəyə xidmət gostərdikdə, muəssisə həmin
xidmətlər əvəzində odənilməli olan qısamuddətli işci mukafatlarının diskont edilməyən məbləğini aşağıdakı kimi tanımalıdır:
a) artıq ödənilmiş hər hansı məbləğ çıxılmaqla, öhdəlik (hesablanmış xərc) kimi. Artıq ödənilmiş məbləğ ödənişlərin diskont edilməyən məbləğindən artıq olarsa, muəssisə həmin artıq məbləği, avans odənişinin, məsələn gələcək ödənişlərdə azalma və ya pul vəsaitlərinin qaytarılmasına səbəb olacağı dərəcədə, aktiv (qabaqcadan ödənilmiş xərc) kimi; və
b) digər Standart ödənişlərin aktivin dəyərinə daxil edilməsini tələb etməzsə və
ya buna yol verməzsə, xərc kimi dərhal tanımalıdır.
2. İstehsal prosesinin ən mühüm elementlərindən biri də əməkdir. Hazırkı şəraitdə müəssisələr ancaq maddi ehtiyatları deyil, həm də əmək kollektivinin sayını müəyyən edirlər. Konkret vəzifələrə müvafiq olaraq müəssisənin rəhbərləri müvafiq qaydada müqavilələr rəsmiyyətə salmaqla əmək kollektivini formalaşdırırlar. Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daxili normativ sənədlərin qəbul edilməsi yolu ilə tənzimlənir. Onlara kollektiv müqavilə, fərdi əmək müqaviləsi, mülki hüquqi müqavilələr, lokal normativ aktlar və s. aiddir.
Bazar münasibətlərinə keçid işçilərin əməyinin ödənilməsi və onların sosial müdafiəsi sahəsində də bir sıra aşağıdakı dəyişikliklərə səbəb olmuşdur.
-Dövlətin bu sahədəki bir sıra funksiyaları müəssisələrə verilmişdir, onlar əməyin ödənilməsinin forma, sistem və həcmini sərbəst surətdə müəyyən edirlər. Əmək işçilərin maddi və mənəvi tələbatının ödənilməsinin əsas mənbəyi hesab edilir. “Əmək haqqı ” anlayışı hazırkı şəraitdə yeni məzmun kəsb edir və özündə pul və natural formada hesablanmış bütün növdən olan qazancları əks etdirir.
- Bazar münasibətlərinə keçid pul vəsaitlərinin əldə edilməsinin yeni mənbələrini (səhmlərə və müəssisə əmlakına qoyuluşlar üzrə ) əmələ gətirmişdir.
Beləliklə, hər bir işçilərin əmək gəlirləri (haqqı) müəssisənin işinin son nəticəsi nəzərə alınmaqla şəxsi iştirakına əsasən müəyyən olunur və onun maksimum həddinə norma qoyulur. İşçilərin sosial sığortası əmək haqqı ilə sıx bağlı olub, müəssisənin sosial sığortaya məcburi ayırmaları hesabına həyata keçirilir. Bu ayırmalar normativ sənədlərə əsasən hesablanmış əmək haqqından faiz hesabı ilə müəyyən olunur. (22 %) Əməyin və əmək haqqının uçotu müəssisənin uçot sistemində mərkəzi yerlərdən birini tutur. Hazırkı şəraitdə əməyin və əmək haqqının uçotu qarşısında aşağıdakı əsas vəzifələr durur:
əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmaların vaxtında və düzgün həyata keçirilməsinə nəzarət;
əmək məhsuldarlığının yüksəldilməsi üzrə tapşırıqlarına və hasilat normalarına əməl olunmasına nəzarət;
əmək haqqı fondunun xərclənməsi və mükafatların ödənilməsinə nəzarət;
hesablanmış əmək haqqı və sosial sığortaya ayırmaların düzgün və vaxtında məhsulun (iş,xidmətin) maya dəyərinə daxil edilməsinə nəzarət;
əmək və əmək haqqı göstəricilərinə operativ rəhbərlik və hesabatların tərtibi üçün məlumatları toplamaq və qruplaşdırmaq.
Bundan başqa əməyin və əmək haqqının uçotu əməyin miqdarı və keyfiyyətinə, habelə istehlaka yönəldilən vəsaitə operativ nəzarəti həyata keçirməlidir.
3. Müəssisələrin işçi heyəti əməyin tətbiq edilmə sahəsindən asılı olaraq sənaye istehsal heyətinə və qeyri-sənaye istehsal heyətinə bölünür. Sənaye istehsal heyətinə məhsul istehsalı prosesində iştirak edən əsas, köməkçi və yardımçı sexlərdə, eləcə də bu istehsalatların idarə edilməsi və xidmət göstərilməsi ilə məşğul olan işçilər aid edilir.
Qeyri-sənaye istehsal heyətinə isə mənzil və kommunal təsərrüfatlarının, uşaq bağçalarının və digər qeyri sənaye və xidmət sahələrinin işçiləri daxil edilir. Heyətin kateqoriyasına görə işçilər – fəhlələrə, rəhbərlərə, mütəxəssislərə, qulluqçulara və s. bölünür.
Peşə ixtisasları və s. əlamətlərə görə işçilər – çilingər, tornaçı, montyor, konstruktor, mühəndis, mexanik, mühasib, iqtisadçı və s. bölünür.
İşçilərin ixtisas dərəcəsi onlara verilmiş dərəcələrlə müəyyən olunur. İşçilərin ixtisas dsəviyyəsi yüksəldikcə onlara daha yüksək dərəcə verilir. İşçi sayının uçotu zamanı siyahı və siyahıdan kənar tərkibi bir-birindən fərqləndirirlər.
Siyahı tərkibinə müəssisənin siyahısında olan daimi, həm də əsas fəaliyyət üzrə işə götürülmüş müvəqqəti işçilər daxildir. Siyahıdan kənar işçi heyətinə isə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan işləri yerinə yetirmək üçün cəlb edilmiş müvəqqəti işçilər daxildir. Müəssisə işçilərinin şəxsi heyətinin uçotu müəssisənin kadrlar şöbəsi tərəfindən aparılır.
Daimi, mövsümi və müvəqqəti işə qəbul olunan fəhlə və qulluqçular üçün kartoçka, rəhbər işçi və qulluqçular üçün isə kadrların şəxsi uçot vərəqəsi doldurulur. Fəhlə və qulluqçuların sayı və hərəkətinin uçotu ilkin sənədlərlə - işə qəbul, xaric olma və başqa işə keçirilmə üzrə əmrlə rəsmiyyətə salınır.
Hər bir işçiyə işə qəbul olunan zaman tabel nömrəsi verilir ki, sonradan əmək haqqı ilə bağlı bütün ilkin sənədlərdə həmin nömrə yazılır. Müəssisənin mühasibatlığı ilkin sənədlərə əsasən hər bir işçiyə kartoçka – arayış və ya şəxsi hesab vərəqəsi açır.
Müəssisədə iş vaxtından istifadənin uçotu iş vaxtından istifadənin uçotu tabellərində aparılır ki, onlar da müəssisə üzrə ümumilikdə və yaxud da müəssisənin bölmələri və işçi kateqoriyaları üzrə aparılır. Tabeldən fəhlə və qulluqçuların iş rejiminə əməl etmələrinə nəzarət, əmək haqqı üzrə hesablaşmalar aparmaq və işlənmiş vaxt haqda məlumat almaq üçün istifadə olunur. Tabel usta və ya tabelçi tərəfindən doldurulur və əmək haqqı hesablamaq üçün mühasibatlığa verilir. Tabellərdə qeydlər müxtəlif üsullarla aparıla bilər. Müəssisələrdə iş vaxtından istifadənin uçotu tabelinin iki formasından istifadə olunur. Ə-12 formalı tabeldə iş vaxtından başqa həm də əmək haqqının hesablanması, Ə–13 saylı formada isə ancaq iş vaxtından istifadənin uçotu aparılır. İş vaxtının başlanması və qurtarmasına nəzarət, eləcə də gün ərzində iş vaxtından istifadəyə nəzarət istehsal bölmələrinin rəhbərləri tərəfindən həyata keçirilir. Nəzarətin kartoçka, jeton, buraxılış, cədvəl - raport və nəzarət buraxılış qurğuları vasitəsi ilə və s. həyata keçirilir.
4. Hazırda müəssisələr işçilərin əməyinin ödənilməsi sistemini sərbəst müəyyən edirlər. Bu zaman əmək haqqının maksimum həcminə hədd qoyulur. Müəyyən dövr üçün nəzərdə tutulan iş vaxtı normasını və əmək borcunu tam yerinə yetirən işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilən minimum əmək haqqından az ola bilməz. Hazırda minimum əmək haqqı məbləği dövlət tərəfindən 100 manat həcmində müəyyənləşdirilmişdir.
Müəssisənin işçilərinin əməyi müəssisə tərəfindən təsdiq edilən vəzifə maaşları və ya işəmuzd qiymətlərlə, mülki-hüququ müqavilə üzrə işə götürülənlərinki isə müqavilədə nəzərdə tutulan şərtlərlə ödənilir. Əməyin ödənilməsi sistemi istehsalın texnologiyası xüsusiyyəti, işçilərin ixtisası və dərəcələri, onların yerinə yetirdiyi işin keyfiyyəti ilə əlaqədardır. Xalq təsərrüfatının bütün sahələrində hər bir iş dərəcəsi üçün taarif qiyməti və norma qoyulur. İş dərəcələri və taarif qiymətləri işin xarakterindən asılı olaraq müəyyənləşdirilir.
Hər bir işçinin əmək haqqı əməyin müəssisədə tətbiq olunan konkret forma və sisteminə uyğun olaraq onun əməyinin kəmiyyət və keyfiyyətindən və müəssisənin gəlirinin əməyin ödənilməsinə yönəldilən hissəsinin həcmindən asılıdır. Hazırda əməyin ödənilməsinin müxtəlif formaları mövcuddur : işəmuzd, vaxtamuzd, akkord, son nəticəyə görə və s.
İşəmuzd əmək haqqı forması əsasən o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılmış məhsulun və ya yerinə yetirilmiş işlərin həcmini müəyyən etmək mümkündür. Bu zaman əmək haqqının məbləği hazırlanmış məhsulun və ya yerinə yetirilmiş işin miqdarından asılı olaraq müəyyən olunur. Əməyin ödənilməsinin işəmuzd formasının birbaşa işəmuzd, işəmuzd mükafatlı və işəmuzd mütərəqqi sistemləri mövcuddur.
Dostları ilə paylaş: |