Mövzu: Əməyin və əmək haqqının uçotu



Yüklə 116 Kb.
səhifə5/9
tarix17.05.2022
ölçüsü116 Kb.
#115945
1   2   3   4   5   6   7   8   9
9 əmək haqq-9

Əlavə əmək haqqı isə fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənilməmiş vaxta görə hesablanılan ödəmələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetirilməsinə görə ödəmələr, uşaqəmizdirən analara verilən fasilələrin ödənilməsi, yeniyetmələrin güzəştli saatları və s. başa düşülür.

Müəssisənin işçilərinə onların əməyinin kəmiyyət və keyfiyyətinə görə ödənilən pul və natural formada vəsaitlərin cəmi əmək haqqı fondunu təşkil edir. Əmək haqqı fonduna müəssisə tərəfindən işçilərə ödənilmə mənbəyindən, əmək haqqının forma və sistemindən asılı olmayaraq hesablanmış əmək ödənişi məbləği, həvəsləndirici və bəzi ödənilmə xarakterli, habelə natural formada ödənilən məhsulların dəyərin də daxil edilir.


5. Əməyin və əmək haqqının uçotunun düzgün təşkili onun sənədləşməsindən bilavasitə asılıdır. Fəhlə və qulluqçulara əmək haqqı hesablamaq üçün ilk növbədə müəssisədə işə və vaxta görə işləyənlərin sayını bilmək lazımdır.

Vaxta görə işləyənlərə əmək haqqı hesablamaq üçün onların işə çıxma saatlarının miqdarını, iş dərəcələrini, habelə vəzifə maaşlarını bilmək lazımdır. Belə bir məlumat mənbəyi müəssisədə işə çıxmanı qeydə alan tabel uçotu hesab edilir.

İşəamuzd işləyənlərə əmək haqqı hesablamaq üçün isə onlara verilmiş iş tapşırıqlarının həcmini, istehsal olunan məhsulun miqdarını və keyfiyyətini bilmək lazımdır. İşəmuzd qaydada əmək haqqı hesablamaq üçün müxtəlif sənədlərdən istifadə olunur. Onlarda yerinə yetirilən işlərin xarakteri, məzmunu, onu yerinə yetirən işçilərin dərəcəsi və başqa göstəricilər əks etdirilir. Mövcud qaydaya əsasən məhsul hasilatının, işin həcminin və əmək haqqının uçotu üçün aşağıdakı ilkin sənədlərdən istifadə edilir: tapşırıq, hasilatın uçotu cədvəli, marşrut kartları, növbə raportları, məhsulun və ya işin qəbulu haqqında akt və s.

Kiçik seriyalı və fərdi xarakterli istehsal müəssisələrində adətən yerinə yetirilən işlər üzrə naryadlardan istifadə olunur. Həmin naryadlar işə başlamamışdan əvvəl hər bir işçiyə və ya briqadaya verilir və orada tapşırığın həcmi, keyfiyyəti, iş üçün sərf edilmiş vaxt, həmin işə görə əmək haqqı və s. haqda qeydiyyat aparılır. Tətbiq olunan naryadlarda işin həcmini, qiymətlərin düzgünlüyünü və hesablanmış əmək haqqını yoxlamaq üçün onlar əməyin normalaşdırılması şöbəsinə verilir. Sənədlər yoxlandıqdan sonra əmək haqqı hesablamaq üçün mühasibatlığa verilir.

Seriyalı istehsal sahələrində isə hasilatın və əmək haqqının uçotu üçün marşrut vərəqələrindən istifadə olunur. Marşrut vərəqələri detal və məmulatların müəyyən partiyası və texnoloji prosesin bütün əməliyyatlarına tərtib edilir.

Kütləvi seriyalı istehsal sahələrində isə hasilatın və əmək haqqının uçotu üçün yığma cədvəllərindən istifadə olunur.

Normal iş şəraitindən kənarlaşmalar üzrə ödənilən əlavələr üçün əlavə ödəmə vərəqələrindən, işəmuzd işçilər üçün isə naryadlardan istifadə olunur.

Boşdayanmalar üzrə ödəmələr boşdayanma vərəqələrinə, zay haqqında aktlara əsasən isə onun ödənilməsi həyata keçirilir.

İş vaxtından artıq, bayram və istirahət günləri üzrə əməyin ödənilməsi müvafiq sənədlərə əsasən rəsmiləşdirilir və ikiqat həcmindən az olmayaraq ödənilir.

Əlavə əmək haqqının hesablanması zamanı xəstəlik vərəqələrindən, məzuniyyətə getmə haqqındakı əmrlərdən və s-dən istifadə olunur.

İşçilərə çatası və ödəniləsi əmək haqqını ümumiləşdirmək üçün hesablaşma- ödəmə (Ə-49 saylı forma), hesablaşma (Ə-51 saylı forma) və ödəniş cədvəllərindən (Ə-53 saylı forma) istifadə olunur. Bunlardan ödəniş cədvəlləri hesablaşma cədvəli əsasında doldurulur.

Vaxtamuzd əmək ödənişi formasında işçilərin əmək haqqı məbləği əməyin ödənilməsinin saatlıq taarif dərəcəsini faktiki işlənmiş saatlara, işəmuzd formasında isə məhsul vahidinə görə əməyin ödənilmə qiymətini faktiki istehsal olunmuş məhsulun həcminə vurmaqla hesablanır. Bayram və ümumxalq hüzn günlərində işləyənlərə onların arzusu ilə əmək haqqı əvəzinə başqa istirahət günü də verilə bilər.



Yüklə 116 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin