Mövzu: Əməyin və əmək haqqının uçotu


DT 202 “”İstehsalat məsrəfləri”, 711 ”Kommersiya xərcləri ”



Yüklə 116 Kb.
səhifə9/9
tarix17.05.2022
ölçüsü116 Kb.
#115945
1   2   3   4   5   6   7   8   9
9 əmək haqq-9

DT 202 “”İstehsalat məsrəfləri”, 711 ”Kommersiya xərcləri ”, 721”İnzibatı xərclər” hesabı və s. KT 522 “Sosial sığorta və təminat üzrə hesablaşmalar ” hesabı mühasibat yazılışı verilir. Vəsaitin təyinatı üzrə köçürülməsi isə DT 522 “Sosial sığorta və təminat üzrə hesablaşmalar” KT 223 “Bank hesablaşma hesabı” yazılışı ilə rəsmiyyətə salınır. Sosial sığorta vəsaiti hesabına işçilərə müavinət hesablanan zaman Dt 522 “ Sosial sığorta və təminat üzrə hesablaşmalar” hesabı, KT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar“ hesabı, bu hesaba nağd ödəmə həyata keçirildikdə isə DT 522 “Sosial sığorta və təminat üzrə hesablaşmalar” KT 221 “Kassa“ hesabı mühasibat yazılışı rəsmiyyətə salınır.

Hazırda işçilərin əmək haqqından bir sıra tutulmalar edilir ki, bunlara da məcburi və müəssisənin təşəbbüsü ilə həyata keçirilən tutulmalar daxildir.

İcbari tutulmalara gəlir vergisi, pensiya təminatı üçün əmək haqqından 3 faiz həcmində tutulma, icra sənədi üzrə üçüncü şəxsin hesabına tutulmalar, digər tutulmalara isə maddi ziyanın ödənilməsinə görə, zay məhsula görə, qaytarılmayan təhtəlhesab məbləğə görə, ssuda və xüsusi geyimə və s. görə tutulmalar aiddir.

Tutulmalar edilən zaman xarakterindən asılı olaraq 533 ”Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar ” hesabın debetində 521, 522, 213, 545 və s. hesabların isə kreditində əks etdirilir.

İşçilərə çatası əmək haqqı adətən ödənişi cədvəlinə əsasən kassadan nağd qaydada ödənilməklə( hazırda kartlar vasitəsi ilə) verilir. Onlara əmək haqqı pul və natural formada ödənilə bilər. Əmək haqqı pul formasında kassadan ödənildikdə DT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar“ KT 221 “Kassa” hesabı, natural formada ödənildikdə isə DT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar “ hesabı KT 6 01, 611 və s.mühasibat yazılışı verilir. Bəzi hallarda işçinin xahişi ilə ona çatası əmək haqqı bankdakı şəxsi hesabına da köçürülə bilər ki, onun köçürülməsi zamanı DT 533“Əməyin ödənşi üzrə işçi heyətinə olan borclar“ hesabı KT 223 “Bank hesablaşma hesabı “ mühasibat yazılışı tərtib olunur. İşçilərə çatası əmək haqqı üç gün ərzində bu və ya digər səbəbdən alınmazsa deponent edilir. İşçilərin əmək haqqının deponent edilməsi əmək ödənişi cədvəlində həmin şəxslərin adlarının qarşısında ya



“ deponentləşdirilmişdir ” ştampı vurulmaqla və yaxud da bu haqda əl ilə qeyd etməklə həyata keçirilir. İşçilər tərəfindən vaxtında alınmamış əmək haqqı deponent edilən zaman uçotda DT 70 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı KT 545 “Digər qısamüddətli öhdəliklər” hesabı mühasibat yazılışı rəsmiyyətə salınır. Sonra həmin əmək haqqı işçinin ərizəsinə əsasən tələb əsasında ödənilməsi DT 545 “Digər qısamüddətli öhdəliklər” hesabı KT 50 “Kassa ” mühasibat yazılışı ilə uçotda əks etdirilir. Əmək haqqının analitik uçotu isə hər bir işçiyə açılmış şəxsi hesablarda (Ə-54 və Ə-55 sayiı formalar üzrə) aparılır.






Yüklə 116 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin