Nəqliyyat – tədarükatxərjləri. Bu xərclər məhsul istehsalı üçün zəruri olan ayrı-ayrı material resurslarına sifarişlərin verilməsi prosedurunun təşkili və onların həyata keçirilməsi, material qiymətlilərinin tədarükü və nəql edilməsi ilə əlaqədar çəkilən məsrəfləri xarakterizə edir. Praktiki olaraq nəqliyyat - tədarükat xərcləri logistik xərclərin bir hissəsini təşkil etməklə bərabər məhsulgöndərənlər şəbəkəsinin formalaşması, onların seçilməsi və qiymətləndirilməsi, eləcə də nəqliyyat, poçt – teleqraf, ezamiyyət, yolda olan məhsulların təbii itki norması çərçivəsində çatışmaması və ya itkisi ilə bağlı çəkilən xərcləri də özündə əks etdirir.