Mövzu Fənnin məqsədi və vəzifələri


Yükün göndərilməsi şərtləri



Yüklə 290,83 Kb.
səhifə5/5
tarix14.01.2017
ölçüsü290,83 Kb.
#92
1   2   3   4   5

4.Yükün göndərilməsi şərtləri

Yüklərin göndərilməsinin asağidaki növləri vardır:

1.Kiçik(xırda) göndərmələr-dəmir yol üçün 10 tona qədər, dəniz (çay) nəqliyyatı üçün 20 ton və avtomobil nəqliyyatı üçün 5 tona qədər hesab olunur.

2.Yığma göndərmələri-burada yükün çəkisi kiçik göndərmələrdən artıqdır.

3.Vaqon və Gəmi göndərmələri-30,40,50 ton

4.Konteyner göndərmələri-3,5,10,20,30 ton


Yüklər kütləvi halda açıq havada sürətlə aparıla bilər. Lakin 0-C tempraturda xarab olan mallar xüsusi şəraitdə aparılmalıdır. Əks halda onların gömrükxanada AKT-laşdırılmasi aparılmalıdır. Burada əsas məsuliyyət göndərən şəxsin üzərinə düşür.

Maye yüklər xüsusi sisternalarda və bunkerlərdə göndərilir.

Dən yemləri xüsusi örtülü nəqliyyatlarda aparılır.

Meşə materialların əksəriyyəti dəmiryolu nəqliyyatı ilə daşınır.



5.Yüklərin təyinat yerlərinə çatdırılması və qəbulu şərtləri.

Yüklərin daşınmasında əsas şərtlərdən birisi müqaviləyə uyğun olaraq vaxtında çatdırılmasıdır.

Çatdırılmanın 2 növü vardır:

1)Konteynerlə

2)Adi yük maşını ilə

Bunlardan əlavə vaqonla,xırda həcmli konteynerlə.Yüklər tez xarab olan,adi formalı yüklər

Odur ki,tez xarab olan yüklər üçün qatarın sürəti 550-600 km/gün,adi və iri yüklər üçün V=330 km/gün və xırda yük və konteyner üçün V=180 km/gün təyin edilir.

Xırda yüklərin göndərilməsində onun rəsmiləşdirilməsinə əlavə 2 gün,konteynerlərin göndərilməsinə 1 gün(1000 km-dək məsafə üçün) və 1000 km-dək çox olduqda 2 gün vaxt verilir.



Mövzu 13.Gömrük sistemində Beynəlxalq nəqliyyat əlaqələrinin idarəedilməsinin təsnifatı.

Plan :

  1. Gömrük sistemində Beynəlxalq nəqliyyat əməliyyatları əlaqələri və bu əlaqələrin təşkilinin ümumi prinsipləri barədə sazişlər.

  2. Nəqliyyat sistemində idarəetmənin əsas prinsipləri.

  3. Nəqliyyat sistemində idarəetmənin funksiyaları.

  4. Nəqliyyat sistemində idarıetmənin metodları.

  5. Nəqliyyat sitemində ayrı-ayrı nəqliyyat növlərinin hüquqi aspektləri.

1.Gömrük sistemində Beynəlxalq nəqliyyat əməliyyatları əlaqələri və bu əlaqələrin təşkilinin ümumi prinsipləri barədə sazişlər.

Müasir dövrdə nəqliyyatın bütün növlərində yüklərin və sərnişilərin beynəlxalq daşınmasının təşkili və şərtləri haqqında çoxtərəfli nəqliyyat sazişləri mövcuddur. Çoxtərəfli nəqliyyat sazişləri , onların formal surətdə iştirakçısı olmayan , lakin sazişlərin əsas müddəalarını milli nəqliyyat qanunvericiliyində təkrar edən dövlətlər tərəfindən də tez-tez tətbiq olunur. Müasir dövrdəki nəqliyyat konvensiyalarının müıyyın sistemi mövcuddur və bu sistem fəaliyyət göstərərək aşağıdakı sənədləri özündə əks etdirir :



  1. Beynəlxalq əlaqələrin təşkili və ümumi prinsipləri barədə sazişləri;

  2. Yüklərin və sərnişinlərin daşınmasının vahid ümumi şərtlərinin müəyyən edilməsi barədə sazişləri;

  3. Dövlətlər arasındakı nəqliyyat əlaqələrinin sadələşdirilməsinə yönəldilmiş sazişlər(məsələn : vaqonlar və konteynerlərin istifadəsi, gömrük prosedurlarının , vergi rejiminin sadələşdirilməsi və sairə məsələlər üzrə ).

Bundan başqa nəqliyyat konvensiyaları bəzi beynəlxalq təşkilatların , ilk növbədə BMT və bu sistemin müvafiq ixtisaslaşmış müəssələrinin İKAO, İMO və başqa beynəlxalq nəqliyyat təşkilatlarının fəaliyyəti çərçivəsində təkmilləşdirilir.

Müasir dövlətlərin normativ – hüquqi aktlarında nəqliyyat sahəsində olan bütün kompleks problemlərin, o cümlədən dövlətlərin xarici iqtisadi əlaqələrinin aspektləri kimi yüklərin və sərnişinlərin beynəlxalq daşınmasının , beynəlxalq əlaqələrin hüquqi tənzimlənməsi məsələlərinin təkmilləşdirilməsi üçün müvafiq cəhdləri təşəbbüs göstərir. Bu tendensiya və istiqamət daha çox A.R-nın Rusiya federasiyasının və digər MDB-yə üzv dövlətlərin inkişaf edən qanunvericilik praktikasında, xüsusilə bizim dövlət tərəfindən qəbul edilən ( 11 iyun, 1999-cu il ) “Nəqliyyat haqqında “ qanunda öz əksini tapmışdır.

2.Nəqliyyat sistemində idarəetmənin əsas prinsipləri.

Nəqliyyat sistemində idarəetmənin prinsipləri dedikdə nəqliyyatı idarə edən gömrük sisteminin əsaslandığı ideyalar, qaydalar, əsas müddəalar və davranış normaları başa düşülür.

Idarəetmə təcrübəsində nəqliyyatı idarə edən gömrük orqanları tərəfindən ümumi , xüsusi və təşkilati-texnoloji prinsiplər tətbiq edilir.

Nəqliyyat sistemində idarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalarıdır və onlar gömrük orqanlarının bütün sahələrində və yarımsistemlərində fəaliyyət göstərir. Lakin onlar hər bir idarəçilik sistemində spesifikdir. Hətta idərəetmənin əsas ümumi prinsiplərini sadalanması(məsələn: sistemlilik, əks əlaqə, inforçasiyanın kafiliyi, optimallıq, bərabər tabelilik və s.), eleəcə də onların gömrük orqanlarında idarəetmə sisteminə dialektik təsiri bunu təsdiq edir.



Sistemlilik idarəetmənin aparıcı prinsipidir. Nəqliyyatı idarə edən gömrük orqanı şöbələrinin idarə edilməsində sistemlilik , sistemin struktur və funksional vahidliyini təmin edir və təkmilləşdirir.

Gömrük orqanları qarşısında dayanan vəzifələr nə qədər mürəkkəbdirsə , sistemin əks əlaqə prinsipi bir o qədər böyük əhəmiyyət kəsb etmir. Informasiya idarəetmə subyektinə sistemə təsir etmək və idarəçilik qərarlarının icrasina təmin etmək məqsədilə hər bir zaman anında sistemin vəziyyəti haqqında , qoyulmuş məqsədin əldə edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir.



Informasiyanın kafiliyi prinsipi o deməkdir ki, gömrük sistemində informasiya həcmlərinin görünməmiş dərəcədə artması şəraitində informasiya proseslərnin intensivləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Idarəetmənin təşkilati – texnoloji prinsipləri gömrük orqanları rəhbərlərinin təşkilati sərəncamverici və inzibati-icraedici fəaliyyətinin əsasında dayanır. Nəqliyyat idarələrində bu idarəetmə prinsipinə aşağıdakılar aiddir : vahid rəhbərlik, konkretlik, əməyin bölgüsü, skalyar, iearxiya, sərəncamvermənin vahidliyi və tək rəhbər , səlahiyyətlərin ötürülməsi, idarəetmə diapazonu.

3.Nəqliyyat sistemində idarəetmənin funksiyaları.

Idarəetmənin funksiyaları – həyata keçirilməsi üçün müəyyən idarəçilik işləri (əməliyyatları) tələb olunan konkret idarəçilik fəaliyyəti növüdür.

Gömrük orqanlarının idarı edilməsində idarəetmə funksiyaları çox mühüm yer tutur, çünki onlar bütün səviyyələrdə idarəçilik fəaliyyətinin mahiyyətini və məzmununu açıqlayır və idarəetmə sahəsində vəzifələrin bölgüsünü əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə etmək üçün onların həyata keçirilməsi zamanı müəyyən növbəlilik və fəaliyyət birliyi tələb edir.

Gömrük orqanları sistemində idarəetmə funksiyalarını təsnif etməklə posesin mərhələlərini əks etdirən ümumi idarəetmə funksiyalarına və gömrük orqanlarının əməliyyat – xidmət fəaliyyətinin konkret növlərinin spesifik idarəetme fnksiyalarına bölmək olar. Idarəetmənin ümumi funksiyalarına aşağıdakılar aiddir :



  1. əməliyyat-xidmət şəraitinin təhlili və proqnozlaşdırılması;

  2. planlaşdırma;

  3. təşkiletmə;

  4. tənzimetmə;

  5. uçot və nəzarət.

Gömrük əməliyyatı xidməti şəraiti dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və digər şərtlərlə dialektik inkişafda olan , gömrük fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən qarşılıqlı əlaqəli elementlər məcmusu nəzərdə tutulur.

Planlaşdırma idarəetmənin elə əsas funksiyasıdır ki, onun vasitəsilə gələcək fəaliyyətin təşkilati başlanğıcı işlənib hazırlanır. Planlaşdırma vasitəsilə sistemin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir, mövcud problemləri realizəı edilməsi vasitəsi olan metodlar işlənib hazırlanır, sistemin inkişaf tempi müəyyən edilir.

Təşkiletmə dedikdə , idarəetmənin elə əsas funksiyası nəzəedə tutulur ki, onun reallaşdırılması vasitəsilə planlaşdırma prosesində işlənib hazırlanmış planların yerinə yetirilməsi üçün şərait yaranır.

Tənzimləmə dedikdə idarəetmənin elə əsas funksiyası başa düşülməlidir ki, onun vasitəsilə tabelikdə olan şəxslərin fəaliyyətinin səmərəliliyi yüksəlir və ya planlaşdırma zamanı verilmiş parametrlərdən kənara çıxmalar aradan qaldırılır.

Uçot funksiyasının mahiyyətini idarə olunan sistemin cari vəziyyəti haqqında onun hərəkət istiqamətləri və templəri, əldə edilən nəticələr və dəyişən problemlər haqqında informasiyanın toplanması , sisyemləşdirilməsi və ilkin işlənməsi təşkil edir.

Nəzarət idarəetmənin elə əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük orqanlarının vahid sisteminin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir, bu və ya digər zaman momentində tabeçilikdə olanların fəaliyyətinin gedişi, şəraiti, vəziyyəti və nəticələri haqqında məlumatlar toplanır.

4.Nəqliyyat sistemində idaretmənin metodları.

Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün idarəetmə obyektinə təsir yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır. Idarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına təsir formasına görə təsnif edilir.



Idarəetmənin ümumi və xüsusi metodları mövcuddur.

Idarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin , strateji məslələrinin həllinə yönəlmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və fəaliyyət göstərməsi məsələlərinin əldə olunması üsullarını müəyyən edir.

Idarəetmənin xüsusi metodları , başlıca olaraq operativ və cari idarəetmə sistemlərində istifadı edilir.

Gömrük sistemində təsir formalarından asılı olaraq başlıca və dolayı təsir metodları tətbiq edilir.



Bir başa təsir metodları dövlətin idarəsinə və nüfuzuna əsaslanır. Onlara təşkilati sərəncamverici və hüquqi metodlar aiddir.

Dolayı təsir metodlarına sosial , psixoloji, iqtisadi və iqtisadi – riyazi metodlar aiddir.



6.Nəqliyyat sitemində ayrı-ayrı nəqliyyat növlərinin hüquqi aspektləri.

A.R-sı üçün beynəlxaq nəqliyyat münasibətlərinə təal inteqrasiyaprosesi 14 iyun 1996-cı ildə A.R-sı höküməti ilə Beynəlxaq Yol Hərəkəti Təşkilatı (BYHT Cenevrə) arasında onun misyasının Azərbaycan ərazisində açılması haqqında sazişin imzalandığı vaxtdan başlamışdır. Bu sazişin imzalanması dövlətimizin nəinki BYHT ilə, həmçinin ona üzv olan bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı həyata keçirmək, öz xarici ticarət faliyyətini aktivləşdirmək,beynəlxaq iqtisadi münasibətlərdə daha yüksək dərəcədə iştirak etmək istəyini və buna sadiqliyini real şəkildə təsdiq etdi.

Bu hüquqi aspektlər əsasında ölkənin nəqliyyat vasitələrinin texniki xarakteristikalrının beynəlxalq səviyyəyə uyğunlaşmış , servis xidmətlərinin keyfiyyət göstəriciləri artırılmışdır, nəqliyyat-yol infrastrukturunun vəziyyətinin yaxınlaşdırılması beynəlxalq səviyəyə uyğunlaşdırılmışdır.

Mövzu 15. BNƏ-nin idarə edilməsində gömrük tarif güzəştlərinin tətbiqi.

Plan :


  1. Gömrük tarifinin mahiyyəti.

  2. Nəqliyyat sistemində tarif güzəştləri.

  3. BNƏ-nin idarə edilməsində Beynəlxalq Yol Hərəkəti Təşkilatı ilə AşR-nın Hökuməti arasında bağlanmış sazişin rolu

  4. Nəqliyyat sistemində gömrük ödənişlərinin hesablanması

1.Gömrük tarifinin mahiyyəti.

Xarici ticarətdə gömrük – tarif tənzimlənməsindən istifadə edilməsi iqtisadi islahatların həyata keçirilməsində xüsusi rolu vardır.

Gömrük – tarif tənzimləmə mexanizmindən istifadə etməklə fəal və çevik gömrük siyasətinin həyata keçirilməsində, A.R-nın iqtisadi təhlükəsizliyinin təmin edilməsində və iqtisadi maraqların qorunmasında başlıca şərtlərdə biridir.

Gömrük tarifi həm proteksianist, həmdə fiskal funksiyalar daşıyır.

Proteksianist – funksiya zamanı milli istehsalçıların mənafeyi müdafiə olunur. Beləki, idxal mallarında gömrük rüsumu tutmaqla , onların daxili bazarda satışı zamanı dəyərinin artmasına və bununla da milli sənaye və kənd təsərrüfatında istehsal edilən analoji malların rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan yaradır.

Gömrük tarifinin fiskal funksiyası gömrük rüsumları tutulması hesabına dövlət büdcəsinin mədaxil hissəsinə vəsait yığılması təmin edir.

Göstərilənlərdən əlavə gömrük tarifi daxili qiymətlərə təsir etməklə müəyyən dərəcədə daxili istehsalın və ixracın inkişafına xidmət edir.

Idxal mallarının daxili bazarda bahalaşmasının nəticəsi olaraq , belə malların qiyməti qalxır. Nəticədə milli istehsalçılar əlavə gəlir əldə edir ki, bu iqtisadiyyata investisiya, yaxud ixrac qiymətlərinin aşağı düşməsi ilə yaranan itkilərə kompensasiya və xarici bazarda ölkə mallarının rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Gömrük tarifi bir sıra hallarda, birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb olunan mallara aşağı və hətta sıfır dərəcəli idxal rüsumu tətbiq etməklə milli istehsalın və ixracın stimullaşdırılması üçün istifadə edilə bilər.

Gömrük tarifinin xarici – ticarət münasibətlərinə , həmçinin bütövlükdə iqtisadiyyata təsirini nəzərə alaraq, dövlət orqanlarından rüsum stavkaların təyin edilməsində xüsusi məsuliyyət tələb olunur. Ölkə təsərrüfatlarının inkişaf səviyyəsi ilə gömrük rüsumu stavkaları arasında müəyəən asılılıq vardır. Təsərrüfat inkişaf etmiş olduqca, gömrük rüsumlarının dərəcələri aşağı düşür. Belə ölkələrdə kifayət qədər rəqabət qabiliyyətli məhsullar buraxılır və daxili bazar yüksək rüsumılar hesabına qorunmasına, büdcənin gəlir hissəsini gömrük ödəncləri hesabına doldurukmasına ehtiyac qalmır.

Əgər birinci qrup ölkələrdə bu rüsumların dərəcləri 10%-dən aşağıdırsa, ikinci qrup ölkələrdə adətən 20-50% olur. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə bir sıra mal növlərinə tətbiq edilən rüsumlar 50, bəzəndə 100%-dən artıq olur.

Qeyd etmək lazımdır ki, xarici ticarətin inkişafı, beynəlxalq mal mübadiləsinin artırmaq üçün rüsumların azaldılması, bəzi hallarda isə tamamilə imtina edilməsi tələb olunur.

2.Nəqliyyat sistemində tarif güzəştləri.

Tarif güzəştləri Gömrük Məcəlləsinin 33,34,35 və 36-cı müddəalarına əsasən tətbiq olunur .

Maddə 33. Gömrük güzəştləri A.R-sı Nazirlər Kabinetinin qərarı ilə verilir.

Tarif güzəştləri dedikdə, A.R-nın ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya bir tərəfli qaydada A.R-nın gömrük sərhəddindən keççirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması , rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması , malın perferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.

Bu qanunda nəzərdə tutulmuş gömrük güzəştlərinin verilməsi qaydası A.R-nın Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.BNƏ-nin idarə edilməsində BYHT ilə A.R-nın Hökuməti arasında bağlanmış sazişin rolu.

BYHT-nın və A.R-sı Hökumətinin dostcasıma əməkdaşlıq ruhunda hərəkəy etdiklərinə əsaslanaraq aşağıda qeyd olunanlar haqqında razılığa gəlmişdir : Bu maddənin müddəalarında öz əksini tapmışdır.

Sazişin 1-ci maddəsi anlayışlardır.

Sazişdə istifadə olunana anlayışlar aşağıdakılardır :




  1. “Missiya” – BYHT –nın qəbul edən dövlətin ərazisində yerləşən struktur bölməsi deməkdir; onun vasitəsilə BYHT özünün məqsəd və vəzifə proqramları çərçivəsində fəaliyyətini həyata keçirir və A.R-sı ilə əməkdaşlıq edir.

  2. “Hökumət” – A.R-sı höküməti deməkdir.

  3. “Qəbul edən dövlət” - ərazisində BYHT Missiyasının yerləşdiyi dövlət deməkdir.

  4. BYHT konvensiyası – BYHT Baş Məclisi tərəfindən qəbul edilən BYHT – nın Konvensiyası deməkdir.

Maddə 2. Missiyanın məqsədi və fəaliyyət sahəsi.

Maddə 3. Missiyanın statusu, imtiyazlar və immunitet.

Maddə 4. Fondlar , aktivlər və digər əmlak.

Maddə 5. Missiyanın vızifəli şəxsləri.

Maddə 6. Məkan salınan ölkədə tiplanan heyət.

Maddə 7. Məskan salan ölkəyə gəlmə və həmin ölkədən getmə.

Maddə 8. Rabitə vasitələri.

Maddə 9. BYHT –nın emblemi.

Maddə 10. Bildiriş .

Maddə 11. Şəxsiyyət vəsiqəsi.

Maddə 12. Əlavə sazişlər .

Maddə 13. BYHT Missiyasına iddialar.

Maddə 14. A.R-nın təhlükəsizliyi.

Maddə 15. Mübahisələrin həlli.

Maddə 16. Qüvvəyə minmə.

Maddə 17. Sazişin qüvvəsinə xitam verilməsi.

Maddə 18. Yekun müddəaları.

4.Nəqliyyat sistemində gömrük ödənişlərinin hesablanması.

Mal qismində A.R-nın gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmuyan baqajda , beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutlmayan malların, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin 0,15%-i miqdarında məzənənyə görə 10 ABŞ dollarından az olmayaraq gömrük yığımı hesablanır.

A.R-nın gömrük sərhəddindən tranzit gömrük rejimi altında keçirilən malların rəsmiləşdirilməsi 30 ABŞ dolları, hər əlavə tranzit YGB-nə görə 10 ABŞ dolları miqdarında A.R-si Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları hesablanır.

Fiziki şəxslər tərəfindən A.R-nın gömrük ərazisinə gətirilən ( o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə :



  • Yük və minik avtomobilləri , mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları;

  • Digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları ;

  • Iş vaxtından kənar vaxtda bu göstərilənlər 2 dəfə artırılır.

“Gömrük Tarifi Haqqında” A.R –sı qanuna müvafiq olaraq gömrük sərhəddindən keçirilən mallar gömrük rüsumuna cəlb olunur. Rüsumların məbləği A.R-sı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Aşağıdakılar vergitutma obyekti hesab olunur :

  • Bəyanetmə tarixindən asılı olmayaraq MDB üzvü olan dövlətlərin ( Gürcüstan, Qazaxstan, Özbəkistan Respublikaları istisna olmaqla) hüdudlarından kənarda istehsal edilmiş, A.R-na gətirilən istehsala buraxılış tarixindən 1 ilə qədər keçmiş minik avtomobillərinin gömrük dəyəri ;

  • MDB üzvü olan ölkələrin istehsalı ( mənşə sertifikatı olub MDB dövlətlərinin hüdudlarına gətirilən istehsal buraxılış tarixindın 1 ilə qədər keçmiş minik avtomobillərinin ) tarixindən asılı olmayaraq gömrük dəyəri.

Bundan başqa nəqliyyatın mühərrikinin tutumundan ( həcmindən, at qüvvəsindən) asılı olaraq gömrük tarif sisteminə əsasən vergitutma tətbiq edilir.
Yüklə 290,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin