Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə19/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Kəskin xolesistit.
Öd kisəsinin iltihabı ən çox qadınlarda təsadüf edilir. Xəstəliyin etiologiyasında rol oynayan əsas amillər sırasına bakterial infeksiya, lyamblioz, virus infeksiyası, toksik və allergik zədələnmələr daxildir. Öd kisəsinə infeksiyanın daxil olması enterogen, hematogen, limfogen yolla ola bilər. Öd kisəsində iltihabın baş verməsi üçün öd durğunluğu , daşların olması, öd kisəsinin deformasoyası, öd yollarının diskineziyası kimi amillərin rolu vacibdir. Xolesterin mübadiləsinin pozğunluğu da amillər sırasına daxildir. Xolesistitin inkişafında irsi meylliyin də böyük əhəmiyyəti vardır, daşlar xolesterindən, bilirubindən, əhəngdən ibarətdir, rəngləri qonur yaşıldır.
Klinikası – kəskin əlamətlərlə başlayır, sağ qabırğaaltı nahiyyədə başlanan ağrı güclənir, sağ kürəyə vurur, öyümə, qusma baş verir, xəstələr sağ tərəfi üstə uzanıb məcburi vəziyyət alır, dərin nəfəsalalma ağrını gücləndirir, üşütmədən sonra qızdırma olur. Dil quru və ərplə örtülü olur, qarında köpmə və qəbizlik qeyd olunur. Ümumi öd axacağının daşla tıxanması, xolesistitin baş verməsi öd kisəsi yaxud öd yollarının xərçənginin inkişafı kəskin xolesistitin ağırlaşmalarına səbəb olur.
Profilaktikası və müalicəsi.
Öd daşı xəstəliyini əmələ gətirən və onun üçün meyllik yaradan bütün amilləri kənar etmək lazımdır. Bu məqsədlə qidanı tez-tez və az porsiyalarla qəbul etmək, tərkibində çoxlu xolesterin və xolesterinəbənzər maddələr olan ərzaqlardan istifadə etməmək, südlü, bitkili yeməklər olması məsləhətdir. Çoxlu maye qəbulu ödü durulaşdırır və onun ifrazını sürətləndirir. Mineral sulardan Yessentuki, Barjomi içilməsi məsləhət görülür. Onları yeməkdən əvvəl hər dəfə 1-2 stəkan qəbul etmək lazımdır.
Kurort müalicəsinin Kislovodsk, Barjomidə, Jeleznovodskda aparılması daha yaxşı nəticə verir.
Öddaşı xəstəliyi tutmaları zamanı dəri altına atropinlə morfi pantopen yeridilir. Bunlar öd kisəsinin və axacağının spazmını aradan qaldırır. Müalicə nəticəsiz olduqda cərrahi müdaxilə aparılmalıdır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin