Nevrasteniya.
Nevrasteniya – yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı depressiv sindrom və zəifləməkdən ibarətdir.
Xəstələr çox kiçik və əhəmiyyətsiz bir şeydən tez hirslənir, ucadan danışmaq, qapının çırpılması, su kranının şırıltısı xəstəyə pis təsir edir. Belə xəstələr ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azaldığından şikayətlənir, tez kövrəlir, başı ağrıyır, bəzən xəstə başının sıxıldığını hiss edir.
Ən çox yuxu pozulur, xəstə yata bilmir, ona görə yuxudan qalxdıqda əzgin, yorğun və əsəbi olur.
Günün ikinci yarısı vəziyyəti yaxşılaşır, bəzən yaddaş zəifləyir, başgicəllənmə, başında səs olduğundan, ətrafların keyləşməsindən şikayət edir, rəngi avazıyır, dəridə parça-parça qırmızı ləkələr əmələ gəlir və dəri nəm olur.
Nevroloji müayinə zamanı xəstədə heç bir üzvü pozğunluq tapılmadığı halda reflekslərin yüksəlməsi, dərinin tərli, soyuq olması, əl barmaqlarının və göz qapaqlarının titrəməsi, qırmızı yaxud ağ dermoqrafizmin olması kimi əlamətlər olur.
Nevrasteniyanı yaradan səbəbdən asılı olaraq bu hal bəzən tez keçir, bəzən də aylar illərlə davam edir. Bəzən nevrasteniya bu və ya digər xəstəliyin ağır cərəyan etməsinə səbəb olur.
İsteriya – xəstəliyin klinikasında isterik tutmalara təsadüf olunur.
İsterik tutmalar zamanı huş itmir, bəbəklərin işığa reaksiyası saxlanır, xəstə özünü o tərəf bu tərəfə çırpır, gözlərini bərk yumur, gözlərini açmağa maneçilik törədir, ətrafdakılar başına toplandıqda daha çox çırpınır və ürəkgetmə müddəti uzanır. İsterik ürəkgetmədə xəstə zədə almamaq üçün özünü divan və ya yumşaq yerə atır.
Təsadüf olunan əlamətlərdən biri də isterik ifliclərdir, xəstənin danışıq qabiliyyətinin itməsi, səsin tam tutulması və dilin pəltəkləşməsi əlamətləri olur.
Belə xəstələrin sinir sisteminin müayinəsində heç bir üzvü dəyişiklik olmur. Xəstəliyin gedişində gah ağırlaşma, gah da yaxşılaşma olur. Bəzən xəstəlik illərlə davam edir.
Psixasteniya – bu ruh düşkünlüyüdür. Xəstə özündə narahatlıq hiss edir, həmişə həyəcanlanır, hər şeydən şübhələnir, təşviş keçirir, diqqətini cəmləyə bilmir, öz qüvvəsinə inanmır.
Dostları ilə paylaş: |