Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə28/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Şüa xəstəliyi.
Radioaktiv maddələrin orqanizmə təsiri nəticəsində kəskin və xroniki şüa xəstəliyi əmələ gəlir.
Kəskin şüa xəstəliyi birdəfəlik yüksək dozanın təsirindən, xroniki isə az miqdarda və uzun müddətli təsirdən baş verir.
Şüanın təsiri nəticəsində hüceyrələrin tamlığı və fəaliyyəti pozulur və ya məhv olur, maddələr mübadiləsi pozulur, orqanizmin mühafizə və yaradıcılıq qabiliyyəti olduqca zəifləyir.
Radioaktiv şüa eyni zamanda daxili ifrazat vəzilərinə, vegetativ sinir sisteminə əks təsirini göstərir. Bir sıra orqan və sistemlərdə quruluş pozğunluğu əmələ gəlir, patoloji əlamətlər meydana çıxır.
Belə hallar birinci növbədə limfa toxumalarında, sümük iliyində və bağırsaqlarda baş verir. Qan-damar divarlarının keçiriciliyi artır, qanın laxtalanma qabilyyəti azalır və bu da qanaxmalara səbəb olur.
Orqanizmin davamlığı zəifləyir, şüalanmanın dozasından, təsir müddətindən və orqanizmin vəziyyətindən asılı olaraq şüa xəstəliyi 4 dərəcədə baş verir:
1. Yüngül – I dərəcəli
2. Orta – II dərəcəli
3. Ağır – III dərəcəli
4. Ən ağır – IV dərəcəli
I dərəcəli – yüngül şüa xəstəliyi 100-200 rentgen dozada radiasiyanın birdəfəlik təsirindən;
II dərəcəli – orta 250-300 rentgen;
III dərəcəli – ağır 350-400 rentgen;
IV dərəcəli ən ağır 600 rentgen dozada şüalanmanın təsirindən baş verir.
800-1000 rentgen dozası isə insan üçün mütləq ölüm dozasıdır.
Şüa xəstəliyinin gedişində 4 klinik dövr ayırd edilir:
1. Başlanğıc və ya ilk reaksiya dövrü
2. Gizli dövr
3. Xəstəliyin ağırlaşma dövrü
4. Sağalma dövrü
Kəskin şüa xəstəliyinin gedişi.
I dövr – başlanğıc və ya ilk reaksiya dövrü.
Bu dövrdə ümumi reaksiyalar nəzərə çarpır, əsas sinir sistemində dəyişikliklər meydana çıxır. Sifət qızarır, ümumi zəiflik, yuxuya meyllik, tərləmə, baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, qusma, ağızda acılıq hissi, quruluq, nəbzin seyrəlməsi, qan təzyiqinin aşağı düşməsi, təngənəfəslik, qarında ağrı, ishal, bədən temperaturunun qalxması və s. müşahidə edilir.
Xəstənin ümumi vəziyyəti sərxoş, kefli adamlara məxsus görkəmdə olur. Qanda leykositlərin sayı 12-20 minə qədər artır.
Bu dövr I dərəcəli şüa xəstəliyində bir neçə saat, II-ci dərəcəlidə bir sutka, III dərəcəlidə 2-3 sutka davam edir.
II dövr – gizli dövr.
Xəstənin vəziyyəti nisbətən yaxşılaşır. Birinci dövrdəki əlamətlər itir, xəstə özünü yaxşı hiss edir. Qəflətən xəstənin iştahası azalır, 5 gündən sonra qanda ciddi dəyişikliklər əmələ gəlir. Əvvəlcə leykositlərin sayı azalır (leykopeniya əmələ gəlir). Sonra trombopeniya və qan azlığı əmələ gəlir. Bu dövrdə də tüklərin tökülməsi müşahidə olunur.
Bu dövr I dərəcəli şüa xəstəliyində 3 həftə, II-ci dərəcəlidə 10-14 gün, III dərəcəlidə 2-7 həftəyə qədər davam edir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin