Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə3/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   2   3   4   5   6   7   8   9   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Bronxial astma.
Allergik xəstəlik olub, tutma şəklində gedir. Tutmalar azan sinirinin qıcıqlanması nəticəsində bronx əzələlərinin qıc şəkilli yığılmasından və bronxların daralmasından baş verir. Botkin astma tutmalarının səbəbini bronxların saya əzələlərinin spazmı ilə izah edirdi.
Səbəbi – bronxial astmanın patogenezində sinir sisteminin və infeksiyanın böyük əhəmiyyəti vardır. Xəstəliyin başlamasına iqlim, məişət və istehsalat şəraiti, eyni zamanda irsiyyətin də müəyyən əhəmiyyəti vardır. Bronxial astma bütün ölkələrin əhalisi arasında geniş yayılmışdır.
Klinikası – tutmalar qəfildən, bəzən də tədricən başlayır, tutmadan əvvəl xəstə ümumi narahatlıqdan, burunda qaşınmadan, öskürəkdən şikayətlənir. Çox vaxt tutmalar birdən-birə boğulma ilə başlayır, bronxlar daraldığına görə tənəffüs ləngiyir, nəfəsalma vaxtı qısalır, nəfəsvermə vaxtı uzanır. Tutmadan sonra tənəffüs yüngülləşir, bəlğəm yumşalır, tezliklə iş qabiliyyəti bərpa olunur.
Müalicəsi – tutmanı aradan qaldırmaq üçün dəri altına 1 ml adrenalin və ya efedrin vurmaq kifayətdir. Eufillin daha yaxşı bronxolitik təsir göstərir. Eufillini venaya vurduqda bronxlar dərhal genəlir. Bronxial astma zamanı salbutamol aerozol şəklində yaxşı təsir göstərir.
Qulluq – kafi yuxu, təmiz hava, iqlim dəyişmənin əhəmiyyəti böyükdür. Tənəffüs gimnastikası, fizioterapiyanın, psixoterapiyanın böyük əhəmiyyəti vardır.
Kəskin ağciyər iltihabı – pnevmoniya.
Krupoz pnevmoniyanı – pnevmokoklar, stafilokoklar, streptokoklar törədir.
Bahar və payız fəslində, meteoroloji amillərin kəskin dəyişdiyi zaman təsadüf olunur. Xəstəlikdən sonra immunitetin yaranmaması xəstəliyin təkrar oluna bilməsi onun allergik mənşəli olduğunu təsdiq edir. Krupoz pnevmoniyanın əmələ gəlmə səbəbi bədənin soyuması, sərxoşluq, sinir-psixi pozğunluq, fiziki iş, intoksikasiyalar, travmalar, habelə yuxarı tənəffüs yollarının iltihabi prosesləridir.
Klinikası – xəstəlik birdən-birə, üşütmə, bərk başağrıları ilə, hərarətin 400 C –dək yüksəlməsi, böyürdə ağrı, tənəffüs vaxtı güclənən öskürəklə başlayır. Birinci gün öskürək quru, əzabverici, bəlğəm qatı və pas rəngli olub, çətin xaric olur. Nəbz sıxlaşaraq dəqiqədə 120-yə çatır. Bədən hərarəti 12-24 saat ərzində birdən-birə normal həddə düşür, xəstə zəiflik hiss edir, arterial təzyiq düşür. Sonra xəstənin halı yaxşılaşır.
Müalicə - hər şeydən əvvəl xəstələr geniş, işıqlı və havalı otaqlarda yatmalıdırlar. Sulfanilamid preparatları və antibiotiklər təyin edilir. Ürək və damar çatmamazlığı zamanı kofein, kordiamin, efedrin, strofantin məsləhətdir. Kəskin öskürəkdə kofein verilir, böyürdə ağrı olduqda bankadan, xardal yaxması, pnevmoniya sorulmağa başladıqda bəlğəmgətirici dərmanlar verilir.
Qulluq – xəstənin rahat nəfəs alması üçün çarpayının baş tərəfi yuxarı olmalıdır, ağırlaşmaların qarşısını almaq üçün dili və ağız boşluğunu 2%-hidrogen peroksid məhlulunda isladılmış tamponla silmək lazımdır. Şiddətli başağrısı zamanı başa buz qoymaq lazımdır.
Kəskin plevrit.
Plevranın iltihabına plevrit deyilir. Plevritlər quru və eksudativ olmaqla iki yerə bölünür. Eksudativ plevritlər eksudatın xarakterinə görə seroz-fibrinoz, irinli və çürüntülü olurlar.
Plevrit çox vaxt vərəm, pnevmoniya, revmatizm, bəzən travma zamanı ağciyərlərin zədələnməsi nəticəsində baş verir.
Klinikası – quru plevritdə əsas əlamət ağrıdır, ağrı öskürək və dərin nəfəsalma zamanı artır. Plevritin lokalizasiyasından asılı olaraq ağrı müxtəlif sahələrə vurur. Obyektiv müayinədə tənəffüsün yavaşıması, auskultasiyada plevranın sürtünmə küyü eşidilir.
Müalicəsi – hər bir konkret halda xəstəliyi aşkara çıxarmaq və bütün müalicə tədbirlərini ona qarşı yönəltmək lazımdır. Müalicə əsasən ağrıya və əzabverici öskürəyə qarşı aparılmalıdır. Narkotik dərmanlar kodein, quru banka, xardal yaxması, döş qəfəsinə yod sürtmək, novokain blokadası və s. aparılır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin