Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Xroniki şüa xəstəliyinin gedişi



Yüklə 438 Kb.
səhifə30/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Xroniki şüa xəstəliyinin gedişi.
Xroniki şüa xəstəliyi uzun müddət ərzində gedir, xəstəliyin əlamətləri isə çox gec aşkar edilir, gedişində bütün daxili üzvlər tərəfindən bir sıra dəyişikliklər əmələ gəlir. Şüa xəstəliyinin də xroniki gedişində 3 mərhələ ayırd edilir.
I mərhələdə spesifik əlamətlər az spesifikdir. Xəstələr zəiflik, halsızlıq, baş ağrısı, yuxusuzluqdan şikayət edirlər. Tərləmə,barmaqların titrəməsi müşahidə edilir.
Ürək-damar sistemi tərəfindən təngənəfəslik, nəbzin tezləşməsi, arterial təzyiqin aşağı düşməsi aşkar edilir. Xəstənin iştahası azalır, ürəkbulanma, gəyirmə olur. Qanda leykositlərin azca çoxalması və limfositlərin çoxalması görünür.
II mərhələdə yuxarıdakı əlamətlər getdikcə artır, sinir sistemində dəyişikliklər baş verir. Xəstənin iştahası olmur, arıqlayır.
III mərhələ isə ən ağır keçir. Bu mərhələ qan-damar sisteminin ağır zədələnmələri, daxili sekresiya vəzilərinin, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin pozulması ilə xarakterikdir.
Əvvəlcə yerli, sonra ümumi infeksiya (sepsis) təzahür edir.
Qanda leykositlərin sayı 4000-dən 2000-ə qədər düşməsi, limfositlərin azalması baş verir. Bunlar orqanizmin daha da zəifləməsinə təsir göstərir. Xəstənin diş ətinin qanaması, dəridə səpkilər olur, kapilyar qanaxmaları baş verir. Xəstənin temperaturu bəzən yüksəlir. Buna səbəb xəstəliyə qoşulan infeksiyadır.
Müalicə.
Xroniki formada birinci növbədə pozulmuş orqanların funksiyaları bərpa olunmalıdır. Bu məqsədlə qan sistemində əmələ gələn dəyişikliklərlə mübarizə etmək lazımdır.
Belə xəstələrə B qrupunun vitaminləri (B1, B6, B2, B12), kampalon, dəmir preparatları, qan köçürmək məsləhətdir. Bundan başqa kapilyar qanaxmasına qarşı K vitamini və onun preparatları, həmçinin kalsium-xlorid təyin edilir. İnfeksiyanın qarşısını almaq üçün antibiotiklər təyin edilir. Belə xəstələrə xüsusi qulluq etmək lazımdır.
200 rentgendən yuxarı şüa almış xəstələri şəhər kənarında təşkil olunmuş tibb məntəqələrinə köçürmək lazımdır.
2 həftə ərzində radioaktiv zəhərlənmədən zərər çəkmiş bütün xəstələr həmin məntəqəyə müraciət etməlidirlər.
Tibb müəssisəsində müalicə olunan bütün xəstələr zülal və vitaminlərlə zəngin qidalarla qidalanmalıdırlar.
Xəstələrə qan və qanəvəzediciləri köçürülməlidir. Bu hər 4-5 gündən bir təkrar olunmalıdır.
Bütün xəstəlik dövründə 2 litrədək, III dərəcədə isə 4-5 litrə qədər təmiz qan və ya qanəvəzedici vurulur. Bu orqanizmin bərpa olunmasına kömək edir.
Orqanizmdə immunitet yaratmaq üçün -qlobulin vurulur.
Xəstəni sakitləşdirmək və yuxu gətirmək üçün natrium-bromid, lyuminal, barbamil verilir.
Xəstələrə göstərilən yardım aşağıdakı etaplardan ibarətdir:
1. Radioaktiv şüalanma zonasında ilk tibbi yardım
2. Tibb məntəqəsində göstərilən ilk həkim yardımı
3. Zəhərlənmə zonasından kənarda təşkil olunmuş ixtisaslaşdırılmış həkim yardımı

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin