M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay
Şüalanma zamanı yaranan şüa xəstəliyinin müalicə prinsipləri. Radiasiyanın təsirinə məruz qalmış şəxslərə təcili yardım göstərilməlidir. Zədələnmiş şəxslər birinci növbədə şüalanma zonasından çıxarılmalıdır. Bunun üçün şüalanmanın ilk saatlarında və ilk günündə qoruyucu bağlı tikililərdən istifadə olunmalıdır.
Xəstələrin şüalanma zonasından köçürüləcək yeri dəqiq yoxlanmalıdır. Həmin zonada olan şəxslər radioaktiv tozdan qorunmaq üçün pambıq və tənzifdən düzəldilmiş sarğı ilə tənəffüs etməlidirlər.
Şok vəziyyətində olan, ürək-damar sistemi zəifləyən, kəskin qusması və qanaxması olan xəstələrə birinci növbədə təcili yardım göstərmək və onları köçürmək üçün lazımi şərait yaratmaq lazımdır. Ağız boşluğunun və dərinin təmizliyinə fikir verilir.
Ayrı-ayrı əlamətlərə qarşı simptomatik müalicə təyin edilir (ürək-damar və sinir sisteminə aid).
Xəstələrin qidalanması kalorili və vitaminlərlə zəngin olmalıdır.
Birinci növbədə dəriyə və selikli qişalara düşmüş radioaktiv maddəni su ilə yumalı, əgər su olmasa, mexaniki vasitələrlə silinib təmizlənməlidir, 2%-li çay sodası ilə, xəstənin ağız-burnu yaxalanmalı, gözlərin və qulaqların yuyulması təmin edilməlidir.
Əlverişli şərait olarsa paltar, ayaqqabılar dezinfeksiya edildikdən sonra su və sabunla təmiz yuyulmalıdır.
Xəstənin əllərindən başlayaraq dırnaqları yaxşı təmizlənməli, sonra başı və bədəni yuxarıdan aşağıya doğru iki-üç dəfə yuyulmalıdır.
Şüalanmanın ilk anlarından xəstələr fərdi apteçkadan istifadə etməlidirlər.
Əgər radioaktiv maddə mədəyə düşübsə, o, təcili olaraq mədədən çıxarılmalıdır.
Radiasiya təhlükəsi anından fərdi apteçkanın IV bölməsindəki çəhrayı rəngli penalda yerləşən sistamin həbi 1 dəfəyə 6 tablet olmaqla radioaktiv maddədən müdafiə üçün daxilə qəbul edilir, 4-5 saatdan sonra yenə şüalanma qorxusu olarsa qalan 6 tablet də qəbul edilir. Əgər fərdi apteçka yoxdursa, onda şüalanmanın 1-2 saatında daxilə histamin, seduksen hər 4-5 saatdan bir 1 tablet daxilə qəbul edilir.
Radioaktiv şüalanma zonasında olmuş inəkdən alınmış südü içdikdə və ya başqa şübhəli maddələr qəbul etdikdə 10 gün ərzində fərdi apteçkanın VI bölməsindəki ağ rəngli penalda yerləşən tablet (kalium-yodid) qəbul edilir. Xarici qamma və neytron şüalanma zamanı o dəqiqə 1 tablet qusma əleyhinə etaperazin qəbul edilir.
Şüalanmadan sonra mədə-bağırsaq pozğunluğu olarsa, bakteriya əleyhinə fərdi apteçkanın V bölməsindəki rəngsiz penaldakı xlortetrasiklin dərhal 5 tablet, 6 saatdan sonra qalan 5 tablet qəbul edilir.
Bütün bu dozalar böyüklər üçün nəzərdə tutulmuşdur. 8 yaşına qədər uşaqlara dozanın ¼ hissəsi verilir.
Şüalanma əleyhinə mübarizə apararkən xəstələrə antihistamin maddələr (dimedrol, pipolfen, suprastin), sakitləşdirici (aminazin, barbamil) verilir.
Qusmanı dayandırmaq üçün fizioloji məhlulla mədə yuyulur və aminazin iynəsi vurulur.
Radioaktiv şüalanmadan sonra adətən yoluxucu xəstəliklər əmələ gəlir. Odur ki, şüalanmanın ilk günlərindən xəstəyə antibiotik və sulfanilamid preparatları təyin edilir.
Radioaktiv şüalanma zonasında ilk tibbi yardım.
Bu yardım zədə zonasında təşkil olunur və aşağıdakılardan ibarətdir:
1. Zədələnmiş şəxsləri bağlı binalara aparmaq
2. Tənəffüs yollarını pambıq və bintdən hazırlanmış salfetlərlə mühafizə edib radioaktiv şüalanma zonalarından çıxarıb bağlı binalarda yerləşdirdikdən sonra onlara valerian damcısı və yuxu dərmanı verilir.
3. Sanitar təmizliyi aparılır. Bədənin açıq yerləri (əl, boyun, üz, göz) su ilə yuyulur, paltarlar çırpılır.
4. Siqaret çəkmək, içmək, yoxlanmamış qida maddələri yemək olmaz.
5. Fərdi apteçkadan dərhal istifadə etmək lazımdır.
Bundan sonra xəstələri tibb məntəqələrinə köçürmək lazımdır ki, burada da aşağıdakı işlər görülür:
1. Xəstələri seçmək, əgər mümkündürsə, fərdi dozimetrik cihaz vasitəsilə şüalanma dərəcəsini və qanda leykositlərin miqdarını təyin etmək;
2. Mütləq xəstəni sanitar təmizləmədən keçirmək, paltarları dezinfeksiya etmək və dəyişdirmək lazımdır.
3. Zəhərləyici maddə daxilə düşübsə, mədə-bağırsağı yumaq;
4. Fərdi apteçkadan istifadə etmək
5. Bütün xəstələri isti yeməklə təmin etmək
6. Əzələ daxilinə 1.000.000 penisillin vurmaq
7. Oyanma hallarında aminazin və barbamil vermək
8. Ürək dərmanları vermək lazımdır.
Bütün bunlar həkim nəzarəti altında aparılmalıdır, sonra ağır xəstələri zəhərlənmə zonasından kənarda təşkil edilmiş ixtisaslaşmış xəstəxanaya köçürmək lazımdır.
Burada xəstələrə ixtisaslaşdırılmış həkim yardımı göstərilməklə aşağıdakı işlər görülür:
1. ciddi yataq rejimi
2. şiddətli qusma olduqda mədəni yumaq və aminazin vurmaq
3. keyfiyyətli qidalanma rejimi təyin etmək
4. zədələnmiş şəxslərə ciddi qulluq etmək, istilik, təmizlik, sakitlik yaratmaq, yataq yaralarına qarşı tədbir görmək (kamfora spirti ilə bədəni silmək), ağız boşluğunu (furasilinlə) qarqara etmək
5. xəstəyə vaxtaşırı qan və qanəvəzediciləri vurmaq
6. xəstələrə antibiotiklər, dimedrol, ürək dərmanları təyin etmək.