Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Mövzu 8. Qan dövranına təsir edən tədbirlər



Yüklə 438 Kb.
səhifə38/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   34   35   36   37   38   39   40   41   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Mövzu 8. Qan dövranına təsir edən tədbirlər.
Dəri geniş reseptor sahəsidir. Onun səthinin böyük və ya kiçik hissəsinə gücünə, xarakterinə və müddətinə görə müxtəlif qıcıqlar verməklə həm bütün orqanizmə, həm də əsasən ayrı-ayrı daxili orqanlara reflektor təsir göstərmək olar. İsti və soyuğun tətbiqi, su və işıqla müalicə, xardal, banka, zəli qoymaq və s. buna əsaslanır.
Su müalicəsinin əsasları.
Suyun istilik tutumu və istiliyi keçirmə qabiliyyəti yüksək olduğuna görə o, dəriyə termik qıcıq vermək üçün ən yaxşı mühitdir. Bundan əlavə, su ilə mexaniki və kimyəvi – onda əriyən duzlar və maddələrlə, o cümlədən dərman maddələri ilə qıcıqlar vermək olar.
Müalicə vannaları. Müalicə vannaları ümumi, yarıya qədər, çanaq-ayaqlar üçün, yerli olur.
Bədəni möhkəmlətmək məqsədilə sərin suda isladılmış dəsmalla bədəni silmək, bədənin üzərinə su tökmək, duş, vannalar və açıq su hovuzlarında çimmə təyin edilir. Ümumi sərinlədici proseduralar sinir sistemini oyadır, dəriyə qan gəlməsinə kömək edir, əzələlərin tonusunu artırır, maddələr mübadiləsini yaxşılaşdırır.
Oturaq vannalar qarın boşluğu, kiçik çanaq orqanları və bu nahiyələrin yumşaq toxumaları xəstələndikdə istifadə edilir: sərin və soyuq vannalar – babasildə, bağırsaq süstlüyündə, yuxusuzluqda, ilıq vannalar isə müxtəlif iltihabi proseslərdə ağrıları kəsmək məqsədilə tətbiq edilir.
Bədəni yaş dəsmalla silməyi qızdırma zamanı, sağalma dövründə gigiyena və müalicə məqsədilə və nevrozlu xəstələrə orqanizmi möhkəmlətmək üçün təyin edirlər.
Duş – su müalicəsidir, bu zaman suyun temperaturu və mexaniki təsiri birləşir. Duşlar temperaturuna, təzyiqinə, su şırnağının formasına və istiqamətinə görə fərqlənir. Duşun təsiri temperaturdan, suyun təzyiqindən və proseduranın müddətindən asılıdır.
Xardal yaxmaları.
Xardal yaxmalarının müalicə effekti ondan ibarətdir ki, xardalın tərkibinə daxil olan efirli xardal yağı dəri səthlərinə qıcıqlandırıcı təsir göstərərək qan damarlarını genişləndirir, dəri səthlərinin müvafiq sahəsinə qanın gəlməsini yaxşılaşdırır, dərində yerləşən toxumalarda və orqanlarda reflektor olaraq qan damarlarını genişləndirir. Bundan başqa xardal yaxmaları ağrıkəsici və yayındırıcı təsir göstərir. Efirli xardal yağı xardaldan 40-45 temperaturda ayrılır.
Fabrikada hazırlanmış xardal yaxmalarının bilavasitə işlətməzdən əvvəl isti suda isladılır və xardal yaxılmış tərəfini zərifdirsə, xardal yaxmalarını papiros kağızı üzərindən qoymaq lazımdır. Hər 10 (onuncu) xardalın üzərində saxlanılma müddəti göstərilir. Xardalları quru qaranlıq yerdə saxlamaq lazımdır, əks halda isə o öz xassələrini itirir. Xardal yaxmaları yuxarı tənəffüs yollarının katarında, bronxitdə, ağ ciyər iltihabında sinəyə və baldırlara, hipertoniya xəstəliyində peysər nahiyyəsinə, ürək ağrılarında ürək nahiyyəsinə qoyulur. Xardal yaxmalarınını aşağıdakı hallarda qoymaq olmaz:
1) dəri səthlərinin xəstəliklərində
2) yüksək qızdırmada
3) qanaxmada
4) dəri səthlərinin həssaslığı azaldıqda
5) bəd xassəli şişlərdə
Xardal yaxmaları uzun müddət təsir edərkən dəri səthlərinin yanıqlarını törədə bilər.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin