Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə39/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   35   36   37   38   39   40   41   42   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Kompresslər.
Kompress (lat. Compressum – sıxmaq) – çox qatlı müalicəvi sarğıdır.
Kompresslər quru və yaş, ümumi və yerli olur.
Yaş kompresslər soyuq, isti, isidici və dərman kompresslərə bölünür.
Soyuq kompress buz kisəsi kimi dəri səthlərinin soyuması və qan damarlarının daralmasını törədir. Soyuq kompress (islatma) kəskin yerli iltihabi proseslərdə, burundan və başqa nahiyyələrdən qanaxmalarda, babasildə, əzilmədən sonra dərhal 1-ci sutka ərzində, qızdırmanın 2-ci dövründə tətbiq olunur.
Bu prosedura aşağıdakı qayda ilə aparılır. Bir neçə dəfə qatlanmış su hopan parçanı soyuq suda isladırlar (buzla islatmaq daha yaxşıdır), azca sıxır və bədənin müvafiq yerinə qoyurlar. 2-3 dəqiqədən sonra onu təzələyirlər və bunu bir saat və daha çox davam edirlər. İki kompressdən istifadə etmək daha əlverişlidir – birini xəstənin lazım olan nahiyyəsinə qoyurlar, 2-3 dəqiqədən sonra o, bədənin hərarəti ilə isinir, digərini isə soyuq suda saxlayırlar.
Yerli isti kompress müəyyən bir nahiyyəyə çoxlu qan axıb gəlməsinə səbəb olur, reflektor olaraq ağrıkəsici təsir göstərə bilər. Bir neçə dəfə qatlanmış salfeti isti suda ( 50-60) isladır, sıxıb bədənə qoyur, sonra isə üstündən müşənbə və qalın parça, daha yaxşısı yun parça ilə örtürlər. Kompressi bintlə yüngül sarımaq olar, çünki onu hər 5-10 dəqiqədən bir dəyişmək lazımdır.
Yerli qızdırıcı kompressi yayındırıcı, sorucu və ağrıkəsici vasitə kimi tətbiq edirlər. Sarğı altında əmələ gələn istinin yerli və reflektor təsiri nəticəsində həmin yerə çoxlu qan axıb gəlməyə başlayır, mübadilə prosesləri yüksəlir, dəri hissiyatı azalır.
Qızdırıcı kompressin qoyulmasına göstərişlər dəri səthlərində, dərialtı piy toxumasında, oynaqlarda, orta qulaqda, əzilmədən bir sutka keçəndən sonra yerli iltihab proseslərinin olması zamanı tətbiq olunur.
Əks göstərişlər: yüksək temperatur, müxtəlif allergiya və irinli xəstəliklər, dəridə, dəri səthlərinin tamlığının pozulması.
Proseduranın qaydası: Kompress 3 qatdan ibarıtdir: 1) 8 dəfə qatlanmış parça hissəsini araqda, spirtdə, yağda, dərman mayesində isladırlar. Əgər spirt götürülürsə, o yarıbayarı su ilə qarışdırılır. Salfet sıxılır və dəriyə qoyulur. 2) birinci qatın üstündən müşənbə, yaxd mumlu kağız qoyurlar (nəm qatdan 2-3 sm böyük), 3) müşənbənin üzərinə daha böyük və lazımi dərəcədə qalın pambıq qatı qoyulur. Hər üç qatı bintlə bədənə elə sıxırlar ki, kompress sürüşməsin və həm də damarları sıxmasın.
6-8 saatdan sonra kompressi quru sarğı ilə əvəz edirlər, yaxud dərini spirt ilə sürtürlər ki, o maserasiyaya uğramasın. Kompressin düzgün qoyulub-qoyulmaması 1-2 saatdan sonra barmağı sarğının altına salıb yoxlamaq olar, əgər içəridəki qat yaşdırsa, deməli kompress düzgün qoyulmuşdur.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin