M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay
Eksudativ plevrit – plevra boşluğunda iltihab mayesinin toplanması ilə xarakterikdir. Eksudativ plevritlər əksərən vərəm mənşəl olur, bu plevritin əmələ gəlməsində soyuqdəymənin və başqa əmillərin də rolu böyükdür.
Klinikası – ümumi əhvalın pozulması, döş qəfəsində ağrı, təngənəfəslik, temperaturun yüksəlməsi ilə başlayır. Eksudatın toplanması ürək qan-damar sisteminin pozulmasına, belə ki, eksudat sağda olduqda ürək nəinki sola, həm də yana gedir, solda olduqda isə sağa gedir. Perkutor səs kütləşir, auskultasiyada zəif tənəffüs eşidilir. Rentgen müayinəsində kölgə görünür. Plevra boşluğunda maye olub-olmamasını yoxlamaq üçün sınaq punksiyası edilir, plevranı adi 20,0-lıq şprislə punksiya edirlər. İynənin uzunluğu 7 sm olmalıdır, iynəni kürək xətti boyunca 8-ci və 9-cu qabırğaarası nahiyyəyə vurur, lazımi qədər maye çəkib, iynə batırılan yeri steril pambıq və tənziflə sıxırlar. Alınmış mayenin tərkibini öyrənmək üçün laboratoriyaya göndərirlər.
Müalicəsi – ciddi yataq rejimi gözləmək lazımdır. Ağrını sakitləşdirmək üçün daxilə kodein, yerli olaraq banka, xardal yaxması qoymaq lazımdır. Daxilə gündə 3 dəfə natrium salisilat hər dəfə 1,0, aspirin gündə 3 dəfə 1,0, vərəm etiologiyalı plevrit zamanı streptomisin, ftivazid, pask təyin edilir.
Mayenin xaric olunması da müalicəyə yaxşı təsir edir, maye xaric etmədən əvvəl ürək-damar sistemini möhkəmləndirmək üçün kamfora, kofein təyin edilir. Eksudat çıxarılan zaman xəstə baş ağrısından, qulaqlarda küydən şikayət edərsə, rəngi avazıyarsa və bərk öskürməyə başlayarsa, dərhal eksudatı çəkməyi dayandırmaq lazımdır, bu plevranın qıcıqlandığını göstərir. Xəstəyə kalorili və vitaminli qidalar verilməlidir. Plevritin qarşısını almaq üçün sağalma dövründə tənəffüs gimnastikası təyin edilir. Sorulmayan plevritdə fizioterapevtik müalicə təyin edilir. Sağalandan sonra sanatoriya-kurort şəraitində müalicə təyin edilir. Ümumiyyətlə, müalicəvi-bədən tərbiyəsi və ümumi gigiyenik tədbirlər eksudativ plevrit keçirənlərə yaxşı təsir göstərir.