Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə54/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   46   47   48   49   50   51   52   53   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Xəstələrin daşınması.
Xəstə qəbul şöbəsindən keçərək palataya daxil olur. Palatanın tibb bacısı onu qarşılayır, sanitariya təmizliyinin keyfiyyətini yoxlayır. Xəstə ilə və onun xəstəlik tarixi ilə tanış olur.
Xəstəni şöbənin rejimi, yeməkxanası, manipulyasiya otağı və başqa otaqlarla tanış edir. Sonra baş tibb bacısına, növbətçi həkimə məlumat verir və xəstəlik arixini göstərir. Xəstənin vəziyyətindən asılı olaraq həkim ona dərhal yoxlayaraq əlavə təyinatlar edə bilər ki, tibb bacısı onları yerinə yetirməyə borcludur.
Əgər qəbul şöbəsindən ağır xəstə gətiriləcəksə, bu barədə xəstə gətirilən şöbəyə əvvəlcədən xəbər verilir və xəstəni həkim və tibb bacısı qarşılayır, yaxud da sanitar bələdçisinin köməyi ilə həkimin sərəncamından asılı olaraq xəstə piyada yaxud diyircəkli kreslo və xərəklər vasitəsilə palataya kimi müşayiət olunmalıdır. İlin fəslindən, havadan asılı olaraq gəzə bilən xəstələr üçün üst geyim paltarı komplekti olmalıdır. Xəstələrin daşındığı vasitələrə lazımi qədər mələfə və odeyallar qoyulur və bunları istifadə etdikdən sonra dəyişdirmək lazımdır.
Zəif xəstələri xərəkdən çarpayıya və əksinə ehtiyatla köçürməyi bacarmaq lazımdır. Lift olmadıqda ağır xəstələri yuxarı mərtəbələrə xərəkdə iki və ya dörd adam qaldırır, xərəyin ayaq tərəfi yuxarıda olur. Xəstəni aşağı mərtəbəyə apardıqda isə ayaqları qabaqda, bu dəfə də xərəyin ayaq tərəfi yuxarıda olur.
Hazırda bir sıra xəstəxanaların xüsusi nəqliyyat vasitələri vardır, xəstələri qəbul şöbəsindən uzaqda olan korpuslara bu nəqliyyat vasitələri ilə daşıyırlar.
Şok vəziyyətində olan ağır xəstələri qəbul şöbəsinə aparmadan birbaşa şöbəyə yerləşdirirlər.
Hərəkət etmək qadağan olunmuş ağır xəstələri xərəkdən çarpayıya köçürəndə çox ehtiyatlı olur və müəyyən qaydaları gözləyirlər. Xərəyin ayaq tərəfini çarpayının baş tərəfində qoyurlar. Təkərli xərək olmadıqda xəstələri aşağıdakı kimi daşımaq olar:
1. Xəstəni bir sanitar aparanda xəstə onun boynunu qucaqlayır
2. İki sanitar aparanda bir sanitar xəstənin ayaqlarını, o birisi isə kürəyini və başını tutur.
3. Üç sanitar aparanda biri xəstənin ayaqlarını, o biri belini və kürəyinin bir hissəsini, üçüncü sanitar isə kürəyini və başını tutur.
Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin