Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Ağciyər ödemi və hipertonik krizdə ilk yardım



Yüklə 438 Kb.
səhifə11/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   7   8   9   10   11   12   13   14   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Ağciyər ödemi və hipertonik krizdə ilk yardım.
Ağciyər ödemi – ürək-damar sisteminin xəstəlikləri zamanı meydana çıxır. İlk növbədə, xəstələrə oksigen inhalyasiyası təşkil edilir və xəstələri sakitləşdirməyə çalışırlar, eyni zamanda əzələyə 1-1,5 ml morfi məhlulunu 0,5 ml 0,1% atropin məhlulu ilə birlikdə yeridilir.
Bundan başqa əzələyə droperidol, laziks məhlullarının yeridilməsi vacibdir.
Vena daxilinə 0,5-0,75 -1 ml 0,05%-li strofantin məhlulunun fizioloji məhlulla yeridilməsi müsbət nəticə verir.
Hipertonik kriz zamanı təxirəsalınmadan 6-10 ml 0,5% və yaxud 3-5 ml 1% dibazol məhlulu vena daxilinə yeridilir.
Krizi aradan götürmək üçün 5 mq obzidan 5-10 ml fizioloji məhlulda venaya yeridilir, 30 dəqiqə müddətində təsir göstərir.
Periferik və mərkəzi sinir sisteminin müqavimətini azaltmaq məqsədilə aminazinin 2,5%-li məhlulundan 20 ml 5%-li qlükoza məhlulunda tədricən vena daxilinə yeritmək olar.
Bütün hipertonik krizlərdə plofelindən istifadə etmək olar. 0,01% -li məhlulundan 0,5-1 ml preparat əzələyə vurulur, 3-5 dəqiqədən sonra effekt alınır.
Əgər kriz beyin əlamətləri ilə müşahidə olunarsa, droperidol 2,5-5 mq 5%-li qlükoza məhlulu ilə venaya vurulur. Vena daxilinə laziks vurulması da müsbət effekt verir.
Xəstələrin müalicəvi qidası.
Miokard infarktında aterosklerozun inkişafına qarşı mübarizə aparılmalıdır. Yağ mübadiləsinin pozulması zamanı pəhriz saxlanılmalıdır.
Mövzu 3. Həzm üzvlərinin, endokrin sistemin, maddə mübadiləsinin xəstəlikləri.
Həzm üzvlərinin xəstəliklərinin şikayət və əlamətləri.
Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrılar, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarnın köpməsi, qəbizlik və isaldır.
Ağrılar – yeməklə açıq-aşkar əlaqədar olan ağrılara vaxtaşırı ağrılar, tutmayabənzər birdən-birə baş verən şiddətli ağrılar sancı deyilir.
Adətən mədə-bağırsaq xəstəliklərində müşahidə edilən mühüm həzm vəzilərinin şirə ifraz etmək funksiyası pozulduqda xəstənin iştahası pis olur, ürəkbulanma və qusma isə mədə əzələlərinin geriyə peristaltikası ilə əlaqədardır.
Gəyirmə - adətən yemək yeyən vaxt hava udduqda baş verir, lax yumurta iyi verən gəyirmə qidanın mədədə patoloji ləngiməsini göstərir.
Qıcqırma turş mədə möhtəviyyatının qida borusuna düşməsidir, çox vaxt bu mədə şirəsinin turşuluğu artdıqda müşahidə edilir, lakin turşuluq normal və aşağı olduqda da baş verə bilər. Qıcqırma vaxtaşırı olub, gecələr və ac qaldıqda baş verərsə xora xəstəliyindən şübhələnmək lazımdır.
Bağırsaqlarda qaz çox əmələ gəlib yavaş irəlilədikdə xəstənin qarnı köpür və ona əziyyət verir.
Mədə-bağırsaq yolunun xəstəliklərində bağırsaqların işinə diqqət yetirmək lazımdır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin