Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə12/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   8   9   10   11   12   13   14   15   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Mədənin yuyulması
Mədəni müalicə və diaqnostika məqsədi ilə yuyurlar.
Mədəni yumaq üçün göstərişlər:
1.Zəhərdən, yaxud keyfiyyətsiz qidadan baş vermiş zəhərlənmə
2.Mədənin xəstəlikləri (çoxlu selik ifraz olunan xroniki qastrit və s.)
3.Bağırsaq keçməməzliyi
Mədəni aşağıdakı hallarda yumaq olmaz:
1.Qida borusundan və mədədən qan axdıqda
2. Ağız boşluğunda və udlaqda yaraya çevrilən iltihab xəstəlikləri zamanı
3. Aydın ürək-damar xəstəlikləri.
Mədəni yumaq üçün işlədilən cihaz tutumu 0,5-1 l olan şüşə qıfdan ibarət olub, diametri 1 sm və uzunluğu 1 m olan rezin boruya birləşdirilmişdir, bu boru da öz növbəsində şüşə boru vasitəsi ilə yoğun mədə zonduna birləşdirilmişdir.
Yoğun mədə zondu – diametri 1 sm və uzunluğu 70 sm olan rezin boru olub, bir ucu kəsik, o biri ucu isə dəyirmidir və yanlarda iki deşiyi vardır: rezin borunun dəyirmi ucundan 40 sm aralı nişan vardır. Təmiz zondu qabaqcadan qaynadır və soyuması üçün qaynamış suya salırlar.
Mədəni otaq temperaturunda olan, yaxud bir qədər ilıq su ilə yuyurlar. Bunun üçün qabaqcadan 5-10 l su, su tökmək üçün dolça və ləyən hazırlayırlar.
Xəstə arxasını stula söykəyir və başını azca qabağa əyib oturur: onun əyninə uzun müşənbə önlük taxır, ayaqlarının arasına isə ləyən qoyurlar. Salınıb çıxarılan süni dişləri çıxartmaq lazımdır. Xəstə zondu birinci dəfə qəbul edirsə, ona izah edirlər ki, o udqunmalıdır və nəfəsini saxlamalıdır, çünki dərindən nəfəs almaqla qusma refleksini söndürmək olar.
Mədəni yuyan adam xəstənin sağ tərəfində durur. O, sağ əlinə yaş zondu götürür və onu dəyirmi ucundan 10-15 sm aralı tutur. Sol əli ilə isə xəstənin boynunu qucaqlayır və həmin əli ilə zondu ağıza yaxın tutur. Xəstə ağzını açır, zondun ucunu dilin dibinə qoyurlar, xəstədən udqunmasını xahiş edirlər; bu vaxt xəstənin reflektor hərəkətinə baxmayaraq, zondu tez içəri yeridirlər. Zond qida borusuna çatdıqda xəstəyə təklif edirlər ki, bir neçə dəfə dərindən nəfəs alsın və bundan sonra zondu üzərindəki nişana qədər yeritməyi davam edirlər. İçəri salınmış zondun bayır ucunu mədə yuyulan cihazla birləşdirib, bir-birilə əlaqəsi olan iki qabdan: mədə və qıfdan ibarət sistem alırlar. Su ilə dolu qıfı mədədən yuxarıda tutsaq, içərisindəki su mədəyə axacaqdır, qıfı mədədən aşağıda saxladıqda isə mədə şirəsi qıfa axacaqdır.
Qıf xəstənin dizi səviyyəsində tutub, ona su tökür və xəstənin ağzından 25 sm yuxarıda saxlayırlar. Bu vaxt qıfı bir qədər yana əyib tutmaq lazımdır ki, su ilə birlikdə mədəyə hava girməsin. Qıfdakı suyun səviyyəsi, boruya çatan kimi, qıfı aşağı salıb əvvəlki vəziyyətdə tutmaq lazımdır. Su ilə qarışmış mədə şirəsi qıfa axmağa başlayacaqdır, mədədən çıxan mayenin miqdarı içəri yeridilən suyun miqdarına təqribən bərabər olduqda, qıfı başı aşağı çevirib içərisindəkini ləyənə boşaltmaq lazımdır. Bu əməliyyatı “təmiz su” çıxana qədər, yəni mədə möhtəviyyatının hamısı su ilə çıxarılana qədər davam edirlər.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin