Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə15/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Müalicə və profilaktika.
Profilaktikası kəskin qastriti əmələ gətirən səbəblərin aradan qaldırılmasından və qida gigiyenasını gözləməkdən ibarətdir.
Qastritə səbəb olan qida və toksik maddələrin mədədən xaric etmək üçün ilk növbədə mədəni yumaq lazımdır. Mədəni zond vasitəsi ilə yuyurlar, bu proseduranı mədədən şəffaf maye axana kimi davam etdirirlər. Mədəni zondla yumaq mümkün olmadıqda xəstəyə bir neçə stəkan su içirdir və qusma aktı əmələ gətirməklə mədəni selikdən, toksik maddələrdən təmizlənməsinə kömək edirlər.
Xəstəyə yataq rejimi təyin edilir. Ağrılar olduqda isidici qoyulur, dəri altına kamfora və kofein yeridilir. Orqanizm çox susuzlaşdıqda dəri altına və ya venadaxilinə 0,5-1 litr miqdarında fizioloji məhlul 5%-li qlükoza məhlulunun yeridilməsi məsləhətdir.
Yalnız az-az porsiyalarla çay, barjom verilir, mədə bulanmasında limon və buz verilir. 2-3 gün duru qidalar (çay, kefir, yağsız ət suyu, duru sıyıqlar, püre, döyülmüş ət, ilıq bişmiş yumurta) təyin edilir. 7-10 gün ərzində ümumi pəhrizə keçirilir.
Allergik qastritlər zamanı dəri altına adrenalin, daxilə kalsium-xlorid, venaya kalsium-qlükonat dimedrol məsləhət görülür.
Qida ərzaqlarının düzgün saxlanmasına fikir vermək, bazardan alınan ərzaqları diqqətlə yumaq, bişirmək, soyuq yerdə saxlamaq lazımdır. Xörək hazırlanan qabların gigiyenik vəziyyətdə saxlanmasına diqqət yetirilməlidir.
Kəskin enterit.
Nazik bağırsağın kəskin iltihabına deyilir, bu zaman nazik bağırsağın selikli qişasında iltihabi distrofik dəyişikliklər, atrofiya baş verir, nəticədə bağırsağın sekretor və hərəki funksiyası pozulur.
Xəstəliyin etioloji amillərinə infeksiya, parazitar invaziya, toksik maddələrin təsiri, radioaktiv şüalanma, müxtəlif dərmanların uzun maddət qəbul olunması daxildir.
Klinikası – klinik simptomlar ümumi bağırsaq, yerli əlamətlərdən ibatərdir. Bağırsaq əlamətlərinə isal aiddir, bu hal gün ərzində 4-6 dəfəyə çatır, çox vaxt qarnın köpməsi qeyd olunur.
Ümumi əlamətlərdən baş ağrısı, iştahanın və yuxunun pozulması müşahidə olunur, göbək nahiyyəsində ağrılar defekasiyadan sonra bir qədər sakitləşir. Qarında quruldama gah az, gah çox olmaql daim davam edir. Xəstənin rəngi solğun olur, dodaqları quru, dili ərplə örtülmüş olur, qarnı köpür, orqanizmin susuzlaması qeyd olunur. Arterial təzyiq düşür, ifraz olunan sidik miqdarca azalır, ağır enteritlər zamanı ətraflarda qıcolmalar və əzələlərdə ağrılar müşahidə edilir, bu orqanizmdə xörək duzunun azalması nəticəsində baş verir. Çox zaman tam sağalma ilə nəticələnir, lakin təkrar enteritlər orqanizmdə zülal çatışmazlığı, avitaminoz və arıqlamaya səbəb olur.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin