Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi



Yüklə 438 Kb.
səhifə17/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi.
Xəstəlik qastro-duedonal sahədə sekretor trofik proseslərin sinir və humoral mexanizmlərin pozulması nəticəsində mədənin və onikibarmaq bağırsağın selikli qişasında xoranın əmələ gəlməsi ilə əlaqədar olaraq aşkara çıxır. Xəstəlik cavan adamlarda, xüsusilə kişilərdə müşahidə olunur. Xəstəlik polietioloji mənşəlidir.
Etioloji amillər sırasına təkrar olunan və sürəkli mənfi emosiyalar, sinir hormonal nizamlanmaların pozulması, qidaların keyfiyyətsizliyi, kobudluğu, yerli reaktivliyin zəifləməsi, selikli qişanın xronik iltihabı aiddir.
Xəstəliyin patogenezini izah etmək üçün irəli sürülmüş Virxov nəzəriyyəsinə görə mədəyə düşən qida kütlələri vasitəsi ilə mədə selikli qişasının mexaniki və kimyəvi zədələnməsidir.
Mədə və onikibarmaq bağırsağın arası selikli qişanın düz turşusuna və pepsinə qarşı müdafiə qabiliyyətinin azalması fonunda əmələ gəlir.
Klinikası - əsas simptom ağrıdır, ağrı kəsici, tutma şəkilli, bəzən göynədici xarakter daşıyır, epiqastral nahiyyədə yerləşir. Ağrı yeməklə əlaqəli olur, bir qayda olaraq yeməkdən 1-1,5 saat sonra ağrılar başlanır. Bəzən ağrı acqarna meydana çıxır və yeməklə əlaqədar sakitləşir. Acqarına və gecə ağrıları onikibarmaq bağırsağın yarasına məxsusdur. Yara xəstəliyi zamanı xronik qastrit, öd yollarının xəstəliyi, mədəaltı vəzin iltihabı baş verdikdə ağrılar daimi şəkil alır. Ağrıdan başqa, fasiləsiz turşulu qıcqırma, yemək borusunda turş yanğı hissiyyatı, gəyirmə, qəbizlik də müşahidə olunur. Onikibarmaq bağırsağın ödlü möhtəviyyatı mədəyə atıldıqda öyümə, qusma baş verir. Qusma kütləsində bəzən al qan olur, xəstələrin iştahası itmir, lakin yeməkdən sonra baş verən şiddətli ağrılar qorxusu onları qida qəbul etməkdən çəkindirir. Bu da şiddətli üzülməyə və arıqlamaya səbəb olur. Xora xəstəliyində mədənin turşuluğu da artır, normada turşuluq 40-60 olur, xorada ümumi turşuluq 90, sərbəst turşuluq 70 olur. Müalicədə 3-4 həftə sonra sağalma başlayır.
Xoranın ağırlaşmaları.
Ağırlaşmalar xəstəliyin müxtəlif mərhələlərində meydana çıxa bilər. Mədə və onikibarmaq bağırsağın aşağıdakı ağırlaşmaları ola bilər:
1. Xoranın deşilməsi
2. Xoranın digər orqanlara açılması
3. Qanaxma
4. Xoranın çapıqlaşması, çoxlu bitişmələr əmələ gəlməsi nəticəsində mədənin funksiyasının pozulması
5. Xoranın xərçəngə keçməsi
6. periqastrit, periduodenit
7. stenoz
8. reaktiv hepatit
9. reaktiv pankreatit
Qanaxma daha çox təsadüf olunan və ən təhlükəli ağırlaşmadır. Onikibarmaq bağırsaq xorası mədə xorasına nisbətən daha çox qanaxmaya səbəb olur, qanlı qusma xəstəliyi kəskinləşmə dövründə olur. Xora mədəaltı vəzə, kiçik piyliyə, nazik və yoğun bağırsaq müsariqəsinə açıla bilər. Xoranın qarın boşluğuna deşilməsi ən qorxulu ağırlaşmadır. Bu zaman xəstələrdə kəskin qanazlığı, baş gicəllənmə, gözlərin qaralması, mədə bulanması, təngənəfəslik olur, arterial təzyiq aşağı düşür.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin