Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə44/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   40   41   42   43   44   45   46   47   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Pəhriz №1 və 1A.
Mədə və onikibarmaq bağırsaq xorası və sekresiyanın artması ilə qastriti olan xəstələrə təyin edirlər. Pəhriz süddən, qaymaqdan, kərə yağından, meyvə-tərəvəz şirələrindən ibarətdir.
Pəhriz 1B.
Pəhriz 1-dən onunla fərqlənir ki, ona 50 q suxari, kərə yağı ilə həlimli sıyıqlar, çörək, buxarda bişirilmiş kotlet, bişmiş ət və balıq, bişmiş əzmə tərəvəz və meyvələr, süd, açıq çay əlavə edilir. Xora xəstəliyi və qastriti olan xəstələr hər 2-3 saatdan bir yeyirlər, duzu kəskin sürətdə azaldırlar.
Pəhriz №2.
Sekresiyanın azalması ilə gedən qastritlərdə təyin edilir. Buraya sağlam adamın əsas qida məhsulları daxildir, lakin onlar əzilmiş və döyülmüş şəkildə verilir, qidadan qara çörək, yağlı ət, balıq, donuz piyi çıxarılır.
Pəhriz №3.
Bu pəhriz qəbizlik zamanı tətbiq edilir. Bura cürbəcür tərəvəz və tərəvəz xörəkləri, salatlar, zeytun yağı, təzə meyvələr, suda isladılmış qara gavalı qurusu daxildir.
Pəhriz № 4.
Bağırsaqlarda kəskin iltihab prosesləri olduqda təyin edilir. Məqsəd bağırsaqları mexaniki və kimyəvi qıcıqlandırıcılardan qorumaq, bağırsaqların peristaltikasını və burada gedən qıcqırma proseslərini artıran qidaları pəhrizdən çıxarmaqdır. Pəhrizdən süd, qəhvə, meyvə şirələri, kələm, çuğundur, ispanaq, turşəng, duza qoyulmuş tərəvəz, hisə verilmiş balıq, ət çıxarılır.
Pəhriz № 5.
Qaraciyərin, öd yollarının, sidik kisəsinin kəskin xəstəliklərində təyin edilir. Bu pəhriz əsas süd, bitki xörəklərindən ibarətdir. Gündə bir dəfə bişmiş və əzmə yavan ət, balıq verilir, kərə yağı tam məhdudlaşdırılır. Çörək ağ və boyat olmalıdır. Pəhrizdən ədviyyatlar, kolbasa, tünd pendir, yumurta, pomidor, turşəng, ispanaq çıxarılır.
Pəhriz № 6.
Podaqra, sidik kisəsində daş olanda təyin edilir. Noxud, turp, turşəng, ispanaq qəbulundan çəkinmək lazımdır. Meyvə-tərəvəz şirələri tətbiq edilir.
Pəhriz № 7.
Böyrək xəstəliyi olanlara təyin edilir. Qidada zülalların miqdarı şiddətli surətdə azaldılır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin