Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə45/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   41   42   43   44   45   46   47   48   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Pəhriz № 8.
Piylənmədə təyin edilir. Bu pəhriz qara çörəkdən, tərəvəzdən, meyvədən, giləmeyvədən, yavan ətdən, balıqdan, toyuqdan, kəsmikdən, süddən, kefirdən ibarətdir. Yağların, xəmirin, şirin çörəklərin, qəndin miqdarı şiddətli surətdə məhdudlaşdırılır.
Pəhriz № 9.
Şəkərli diabeti olan xəstələrə təyin edilir. Şirin meyvə və tərəvəzləri pəhrizdən çıxarırlar. Duzu və tərkibində xolesterin (kürü, içalat, beyin) olan yeyinti məhsullarını azaldırlar. İnsulin iynəsi vurulanda və inyeksiyadan 2-2,5 saatdan sonra xəstə karbohidratla zəngin qida yeməlidir. Qidalanma gündə 6 dəfə olmaqla karbohidratları bütün gün ərzində paylamalıdır.
Pəhriz № 10.
Ürək-damar sistemi xəstəliklərində təyin edilir. İçki, duz məhdudlaşdırılır, bütün tünd xörəklər, qəlyanaltılar istisna edilir, ət, balıq döyülmüş şəkildə verilir, çörək ağ olmalıdır. Südlü və bitki şorbaları verilir, giləmeyvə, meyvə, tərəvəz şirələri, kompotlar, kisellər məsləhətdir. Qidalanma gündə 5-6 dəfə, az-az, yatmazdan 3 saat əvvəl axşam yeməyi, içilən mayenin miqdarı 4-5 stəkan olmalıdır.
Pəhriz № 11.
Arıqlamada, ağciyər vərəmində təyin edilir. Bu pəhriz zülallar, yağlar, karbohidratlar, vitaminlər orta miqdarda olan kalorili pəhrizdir. Qidaya kalsium ilə zəngin süd məhsulları daxil edilir, spirtli içkilər çıxarılır.
Pəhriz № 12.
Sinir sistemi xəstəliklərində təyin edilir, məqsəd sinir sistemini həddindən artıq oyatmamaqdır. Tünd xörəklər, xuruşlar, oyandırıcı maddələr (tünd çay, kofe, şokolad, spirtli içkilər) azaldılmaqla qarışıq stol təyin edilir.
Pəhriz № 13.
Kəskin qızdırmalı dövrdə, infeksion xəstəliklərdə, qarın boşluğunda operasiyadan sonra təyin edilir, məqsəd orqanizmin ümumi qüvvəsini saxlamaq, mədə-bağırsaq yolunu qorumaqdır.
Pəhriz № 14.
Qələvi reaksiyalı, sidik ifrazı ilə fosfaturiya, sidikdə fosfor, kalsium duzlarının çöküntüsü olduqda və böyrək daşlarında təyin edilir. Məqsəd sidiyin turşu reaksiyasının bərpa olunmasına kömək etmək və bu yolla çöküntünün əmələ gəlməsinə mane olmaqdır. Bu zaman tərəvəzin, meyvənin, göyərtinin, süd məhsullarının, yumurtanın qəbul edilməsi məhdudlaşdırılır. Pəhrizdə ətli, balıqlı, xəmirli xörəklər üstünlük təşkil edir.
Pəhriz № 15.
Ümumi səmərəli pəhriz olub, xüsusi pəhriz ilə müalicəyə ehtiyacı olmayan xəstələrə təyin edilir, məqsəd müalicə müəssisəsi şəraitində xəstənin qidalanmasının fizioloji normalarını təmin etməkdir. Qida müxtəlif yeyinti məhsullarından ibarətdir, vitaminlər çox verilir. Çətin həzm olunan yağlı xörəklər, yağlı ət, qoyun və donuz əti, mal və donuz piyi, quyruq yağı, yağlı xəmirdən bişirilmiş yeməklər pəhrizdən çıxarılır. Hər cür bişirilmiş ət, balıq, kolbasa, sosiska, konservlər verilir, hər gün süd məmulatı, saat 2100 süd və ya kefir, kərə yağı, salata və başqa yeməklərə bitki yağı tökülür.
Mədə-bağırsaqlarda aparılan operasiyadan sonra ilk günlər, habelə xəstə yarım huşsuz vəziyyətdə olduqda (beyin qan dövranı pozulduqda, kəllə-beyin zədələnməsində, qızdırma ilə gedən xəstəliklərdə 0№-li pəhriz təyin edilir. Qida duru xörəklərdən ibarətdir, ayrıca süd və püre şəklində belə qatı yeməklər olmaz. Şirin çay, meyvə və giləmeyvə kiselləri, itburnu dəmləməsi, açıq bulyon, düyü həlimi vermək olar. Bu pəhrizi 2-3 gün təyin edirlər. Operasiyadan 4-5 gün sonra suda bişirilmiş ət, toyuq ətinə icazə verilir, yumurta, yağsız ət və toyuq bulyonu, bulyonda bişirilmiş şorba, mannı yarması, kisel, su ilə qarışdırılmış meyvə şirəsi, itburnu dəmləməsi, limonlu çay, ağ çörək suxarisi, kərə yağı, kefir verilir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin