Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Mövzu 10. Dərman preparatların tətbiqi



Yüklə 438 Kb.
səhifə47/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Mövzu 10. Dərman preparatların tətbiqi
1. Dəriyə dərmanı məlhəm, emulsiya, məhlul, poroşok, infuzium, suspenziya və s. formada vururlar.
Tətbiq üsulları: yaxmaq, kompress, islatma qoymaq, səpmə, yaraya müxtəlif sarğılar qoymaq və dərman sürtmək.
2. Göz xəstəliklərini müalicə etdikdə müxtəlif dərman maddələri və məlhəmlər işlədirlər. Dərmanları işlətməkdə məqsəd onun yerli təsiridir, lakin yadda saxlamaq lazımdır ki, konyuktiva yaxşı sorma qabiliyyətinə malikdir və dərmanları dozalarkən bunu nəzərə almaq lazımdır.
Dərmanı gözə pipet ilə tökürlər. Bunun üçün aşağı göz qapağını azca dartıb və damcını gözün bayır küncünə yaxın yerdə selikli qişaya salırlar ki, məhlul bərabər sürətdə konyuktivaya yayılsın. Göz məlhəmini xüsusi şüşə çubuqla gözün bayır küncündə konyuktivanın selikli qişası ilə göz alması arasına yaxılır.
3. Dərmanı buruna poroşok, buxar ( amilnitrit, naşatır spirti buxarları), məhlul və məlhəm şəklində vururlar. Dərman burunun selikli qişasından çox sürətlə sorulur.
Poroşok buruna nəfəs alma zamanı sorulur, burunun sağ dəliyini tutub poroşoku sol dəliklə çəkirlər və əksinə. Damcını pipetlə yeridirlər, bu zaman xəstə başını dala əyir. Məlhəmi şüşə çubuqla çəkirlər. Burunu çay qaşığında yumaq olar. Dərmanı buruna zonda burulmuş pambıq tamponla həkim çəkir.
4. Dərmanı qulaqlara da pipet ilə tökürlər. Yağlı dərman məhlullarını azca qızdırmaq lazımdır. Sağ xarici qulaq keçəcəyinə dərman tökdükdə xəstə sol böyrüüstə uzanır, yaxud başını sola tərəf əyir və əksinə. Dərman tökdükdən sonra xarici qulaq yoluna pambıq tampon tıxayırlar.
Dərmanların enteral yeridilməsi
Dərmanları daxilə: ağızdan (per os), düz bağırsaqdan (per rectum) və dilin altına (sub lingva) yeridirlər.
1. Dərmanın ağızdan yeridilməsi daha çox yayılmışdır. Bu üsulun müsbət cəhəti dərmanların ən müxtəlif şəkildə və qeyri-steril halda yeridilə bilməsidir. Bu üsulun nöqsanları aşağıdakılardır:
a) dərman maddələrinin ( mədənin doluluğundan, qidanın keyfiyyətindən, dərmanın sorulma qabiliyyətindən asılı olaraq) ümumi qan dövranına yavaş keçməsi, mədənin selikli qişası ilə sorulma yavaş gedir və yalnız yağda əriyən maddələr sorulur, əsas sorulma isə bağırsaqlarda baş verir;
b) mədə və bağırsaq şirələrin (absorbsiya, ərimə, kimyəvi reaksiyalar) və qara ciyərdə kimyəvi çevrilmənin təsiri ilə qida maddələri ilə qarşılıqlı əlaqə nəticəsində dərmanın parçalanmağa qədər dəyişikliyə uğraması;
v) sorulmanın sürəti və sorulmuş maddənin miqdarı bilinmədiyinə görə qanda və toxumada dərmanların qatılığını əvvəlcədən nəzərə almağın mümkün olmaması.
Bu mənfi təsirləri azaltmaq üçün dərmanları yeməkdən əvvəl ( mədənin selikli qişasını qıcıqlandıran dərmanlardan başqa) qəbul edirlər, dərmanı kapsula qoyaraq onu mədə şirəsinin təsirindən qoruyurlar.
Dərmanları ağızdan poroşok (toz), həb, məhlul, infuzum, tinktur, dekokt, ekstrakt və miksturlar şəklində qəbul edirlər.
2. Dərmanın düz bağırsaqdan yeridilməsinin üstünlüyü tez sorulması və dozanın dəqiq olmasından ibarətdir. Düz bağırsaqda fermentlər olmadığına görə dərman bunların təsirinə məruz qalmır və sorularaq aşağı babasil venaları vasitəsi ilə qara ciyərə düşmədən, bilavasitə, aşağı boş venaya keçir. Bundan başqa, bu üsul dərmanı ağızdan qəbul edə bilməyən xəstələrə dərman yeritməyə imkan verir. Məsələn: 1) dərmandan qusan xəstələrə; 2) yemək borusu keçməməzliyi olan xəstələrə; 3) udma pozğunluğu ( o cümlədən bihuş vəziyyətində olan ) olan xəstələrə; 4) dərman içməkdən imtina edən psixi xəstələrə; 5) oyanma (sayıqlama) vəziyyətində olan xəstələrə.
Düz bağırsağa yeritmək üçün şamlardan və dərman imaləsindən istifadə edirlər. Əvvəlcədən təmizləmə imaləsi edib sonra dərman maddəsini düz bağırsağa yeridirlər.
3. Dərmanı dilin altına qoyduqda tez sorulur, həzm fermentləri ilə parçalanmır, qara ciyərə düşmədən ümumi qan dövranına keçir (məs. nitroqliserin, cinsiyyət hormonları və s. belə qəbul edirlər).
4. Dərmanların tənəffüs yollarına yeridilməsi. Çox vaxt dərman maddələrini aerozol şəklində nəfəs almaqla inhalyasiya ilə yeridirlər.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin