Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Mövzu 11. Sağlam və xəstə uşaqlara qulluq. Xəstələrin daşınması



Yüklə 438 Kb.
səhifə51/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   46   47   48   49   50   51   52   53   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Mövzu 11. Sağlam və xəstə uşaqlara qulluq. Xəstələrin daşınması.
Sağlam uşaqlara qulluq.
Uşaqların fiziki və sinir-psixi inkişafının göstəricilərinə əsasən onların sağlamlığına qiymət verilir.
Boy – vaxtında doğulmuş uşağın boyu, yəni bədənin uzunluğu orta hesabla 50-52 sm götürülür. 1 yaşa kimi uşaq hər aya orta hesabla 2 sm uzanır. 1 yaşda boyu 75 sm bərabər olur.
Çəki – uşağın bədən çəkisi müxtəlif olur, bu yarımçıq doğulan uşaqlarda az, vaxtında doğulmuşlarda isə orta hesabla 3200-3600 qram olur, doğulduqdan sonra 1 həftə ərzində çəkisini 150-200 qram ititə bilər. Uşaq ilk 6 ayda 800 qr, ikinci 6 ayda isə 400 qr artır. 1 yaşda uşağın çəkisi 10,5-11 kq qədər olur.
Başın, döşün, qarnın çevrəsi.
Yenidoğulmuş uşağın başının ölçüsü 35-36 sm-dir. Birinci il 10-12 sm, sonra yavaşıyır, yəni 2 yaşdan 5 yaşa kimi 2-3 sm artır və 50 sm olur. 15 yaşda kəllə sümüklərinin böyüməsi dayandıqda yenə 5-6 sm artır. Başın çevrəsi ənsə qabarı ilə qaşüstü qövslərdən keçirilməklə santimetr lenti ilə ölçülür.
Döş qəfəsinin çevrəsi isə arxadan kürək sümüyü bucağının altından, öndən isə döş ətrafı həlqələrdən keçir. 1-ci ayda başın çevrəsindən 1-2 sm az olur.
Qarnın çevrəsi döş qəfəsinin çevrəsindən az olur, göbək səviyyəsində ölçülür.
Döş qəfəsinin, başın və qarnın çevrəsinin ölçüsü uşağın fiziki inkişafının göstəriciləridir.
Başın həcminin böyüməsi hidrosefaliya adlanır, azalması isə mikrosefaliyadır. Bu əmgəyin tez bağlanması, raxitin əmələ gəlməsi, anadangəlmə inkişaf qüsuru ilə bağlı hallarda rast gəlinir.
Sinir-psixi inkişafı.
Sağlam uşaqlar doğulan andan onlarda tənəffüs, əmmə, udma, əsnəmə, asqırma və öskürmə refleksləri inkişaf edir. Aclığı, ağrını, isti-soyuğu hiss edir, iy və dadı bilir. Sutkada 20 saata qədər yatır.
1 aylıqdan gözlərini parlaq əşyalara dikir və onları izləyir, qarnıüstə uzananda başını saxlayır.
2 aylıqdan gülümsəyir, əhvalının dəyişməsinə mimikası ilə cavab verir.
3 aylıqdan qığıldayır, anasını və yaxınlarını tanıyır, qarnıüstündən arxası üstə və əksinə çevrilir.
4 aylıqdan ucadan gülür, ağlayır. Əşyaları tutur, başqasının köməyi ilə oturur.
6 aylıqdan bəzi kəlmələri –“ba”, “ma” deyir, özü oturur, iməkləmək istəyir.
8 aylıqdan tutub durur, oyuncağa diqqətlə baxır, onu özü götürüb qoyur.
10 aylıqdan bir çox əşyaların adını bilir, özü oturur və ayağa qalxır.
12 aylıqdan əl çalır, təxminən 10 söz bilir, çağıranda cavab verir, özü yeriyir və sərbəst addım atır.
Bədənin möhkəmləndirilməsi və gigiyenik vannalar.
Uşağın bədəninin möhkəmləndirilməsi orqanizmin müqavimətinin artırılması ilə aparılır, bu da açıq havada gəzmək, yatmaq və hava vannaları qəbul etməklə aparılır.
Açıq havada gəzmək uşaqların bədənini möhkəmləndirməyin ən vacib üsullarındandır. Əvvəl gəzinti 15 dəqiqə, sonra isə 1-1,5 saata qədər artırmaq olar.
Uşaq hava vannalarına doğum evindən evə yazılan gündən öyrədilməlidir. Bələmələr arası çılpaq qalma vaxtını artırmaqla bunu etmək olar.
İşıq-hava vannaları tətbiq etmək də vacibdir. Cənub rayonlarında bu vannaları səhər 8-11-arası, şimalda isə 11-13 arası məsləhətdir.
Bədənin günəşdə möhkəmləndirilməsi isə ümumi və yerli günəş vannaları qəbul etməkdən ibarətdir. Günəş vannaları kölgədə temperatur 160 olduqda başlayırlar. Uşaq günəş vannalarını yaxşı keçirdikdə bunu 2 aya qədər davam etdirmək olar. Günəş vannalarının müddəti 20 dəqiqədir və hər dəfə 2 dəqiqə artırmaqla 20 dəqiqəyə çatdırılır.
Bədənin su ilə möhkəmləndirilməsi yayda açıq havada səhər keçirilməsi məsləhətdir.
6 aya qədər uşaqlar gigiyenik vannaları hər gün keçirirlər. Bu iqlim şəraitindən və bayır temperaturundan asılı olmalıdır. 6 aylıq uşaqlara hər gün, 1 yaşdan sonra günaşırı gigiyenik vannalar aparılır. Suyun temperaturu tədricən 1-20C olmaqla 25-260 C-yə qədər endirilir, 19-200-dən aşağı olmamalıdır.
2 yaşdan duşun altında yuyundurmağa icazə verilir, müddəti 1-1,5 dəqiqədir.
Bədəni möhkəmləndirmək metodlarından biri ayaqlara su tökməkdir, proseduranın müddəti 20-25 saniyə olub suyun temperaturu hər həftə 10C aşağı salınır və 22-240C-yə çatdırılır.
Bədəni su ilə möhkəmlətmək nəhayət çimməkdir. 3 yaşdan uşaqlara su hövzələrində çimməyə icazə verilir. Birinci dəfə çiməndə suyun temperaturu 24-250C, müddəti 3-5 dəqiqə olmalı, sonralar temperatur 22-230C, müddəti 10-15 dəqiqəyə çatdırılır. Hazırda bədəni möhkənləndirmək üçün açıq və üstüörtülü hovuzlarda çimmək geniş yayılmışdır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin