Mövzu I: Tədqiqat anlayışı və onun əhəmiyyəti


SEÇMƏ METODUNUN M ÜƏYYƏNLƏŞDİRİLMƏSİ



Yüklə 125,15 Kb.
səhifə14/16
tarix11.11.2022
ölçüsü125,15 Kb.
#119312
1   ...   8   9   10   11   12   13   14   15   16
Mövzular

SEÇMƏ METODUNUN M ÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Burada tədqiqatçı tədqiq ediləcək əhalinin ölçüsü, xarakteristikaları, həmçinin, seçmə metodları barədə təlimatlar və qeydlər haznlayır.
seçmə metodunun müəyyən edilməsində aşağıdakı amillər təsirli rol oynayır:

  • tədqiqatın məqsədi və metodoloji mövqeyi (kəmiyyət, yoxsa keyfiyyət metodologiyası, tədqiqat strategiyası və məlumat toplama metodları);

  • maddi imkanlar və məhdudiyyətlər (tədqiqat üçün ayrılan vəsait və vaxt);

  • tədqiq ediləcək subyektlərin sosial, iqtisadi, mədəni və siyasi keyfiyyətləri və digər xarakteristikaları (subyektlərlə əlaqə yaratmaq imkanları, onların yaşadıqları və ya işlədikləri mühitə giriş imkanları və s.);

  • seçmə məcmusunun coğrafi yerləşməsi (subyektlər nə dərəcədə sıx, yaxud səpələnmiş vəziyyətdədir);

  • tədqiqat nəticələrinin istifadə təyinatı (nəticələrdən hansı addımın atılması üçün, elmi-nəzəri biliklərin artırılması və s. üçün istifadə edilir).



TƏSADÜFİ SEÇMƏ METODLARI
Təsadüfi seçmə metodlarında baş məcmudakı hər bir elementin seçmə məcmusuna daxil olma ehtimalı bərabərdir.
Sailə təsadüfi seçmə. Təsadüfi seçmə metodları arasında istifadəsi çox geniş yayılmış bu üsulda tədqiqatçı heç bir göstərici və keyfiyyət amillini nəzərə almadan əhali qrupu daxilindəki vahidləri seçir və tədqiq edir.
Sistemli təsadüfi seçmə. Bu metodda öncə baş məcmu (siyahı) müəyyən edilir, sonradan siyahıdakı elementlər bərabər aralıqlar vasiləsilə lazımi sayda seçilib götürülür.
Təsadüfi stratifikasiya metodu (çoxpilləli seçmə). Bu metodda baş məcmu müəyyən hissələrə parçalanır və hər bir hissədən mütənasib qaydada ölçmə üçün vahidlər seçilib götürülür.
Klaster seçməsi. Müəyyən cəhətlərdə stratifikasiya metodu ilə oxşarlıq təşkil etsə də, klaster seçməsinin özünəməxsus xüsusiyyətləri var.

Yüklə 125,15 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin