Metodiki qarışıq yanaşmadan nə vaxt istifadə etməli:
• başqa bir metodla aparılacaq tədqiqata hazırlıq məqsədi ilə;
• daha dolğun və təkmil nəzəriyyə, yaxud fikir irəli sürmək və qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün
• bir məlumat toplama metodunun çatışmazlığını digər məlumat toplama metodu ilə kompensasiya etmək üçün
• kiçik seçmə toplum üzərində aparılan keyfiyyət tədqiqatının nəticələrinin kəmiyyət metodologiyası ilə təmsilçilik və səciyyəvilik dərəcəsini artırmaq üçün;
Mövzu 5: TƏDQİQAT STRATEGİYASI 2
Tədqiqatın keyfİyyətİnİn qİymətləndİrİlməsİ Metodologiya sahəsində tədqiqatın nəticələrinin düzgünlük və etibarlılığının qiymətləndirilməsi müəyyən meyarlar əsasında aparılır. tədqiqatın keyfiyyəti aşağıdakı meyarlar üzrə aparılmalıdır:
ÖLÇMƏ MEXANİZMİNİN ETİBARLILIĞI Bu meyar sual altında olan məsələyə dair sosial xassələrin öyrənilməsində istifadə olunan ölçmə mexanizminin hədəflənən xassələri ölçüb-ölçmədiyini ifadə edir.
TƏKRAR EDİLƏ BİLMƏK Dəqiq elmlərdə belə bir fikir qəbul edilib ki, yalnız bir tədqiqatın nəticəsi əsasında mütləq qaydada həmin araşdırmanın etibarlı və düzgün olduğu hesab edilə, nəzəriyyə irəli sürülə bilməz.