Mövzu I: Tədqiqat anlayışı və onun əhəmiyyəti


MÖVZU 2. ELMİ TƏDQİQATLARIN İNKİŞAFININ NƏZƏRİ-METODOLOJİ ƏSASLARI



Yüklə 125,15 Kb.
səhifə2/16
tarix11.11.2022
ölçüsü125,15 Kb.
#119312
1   2   3   4   5   6   7   8   9   ...   16
Mövzular

MÖVZU 2. ELMİ TƏDQİQATLARIN İNKİŞAFININ NƏZƏRİ-METODOLOJİ ƏSASLARI.


Suallar:

2.1.Elmi tədqiqatların formalaşması və onlardan istifadəyə elmi-nəzəri baxışlar.


2.2.Elmin inkişaf mərhələləri. (Yunanıstan)


2.3.Elm və onun funksiyası, elmi bilik və tədqiqat.


2.1.Elmi tədqiqatların formalaşması və onlardan istifadəyə elmi-nəzəri baxışlar.

Tədqiqatın əsasını belə bir ideya təşkil edir ki, “görünməz əl”, yəni öz-özünü tənzimləyən bazar rəqabəti şəraitində mənfəət götürməyə çalışan fərdlərin iqtisadi fəaliyyəti cəmiyyət üçün yüksək rifahın bərqərar olmasını təmin edir.
Aşağıda biz “görünməz əl” nəzəriyyəsinin tərkib hissəsini təşkil edən üç aspekti – (1) bazar rəqabəti, (2) əmək bölgüsü və (3) şəxsi marağın təmini – və A. Smitdən sonrakı bəzi iqtisadçıları nəzərdən keçirəcəyik.
(1) Azad bazar iqtisadiyyatının fəaliyyəti.
A. Smit bazardakı qiymətlərin tələb və təklifdən asılılığını sübut etmişdir: tələb təklifdən yüksək olduqda qiymətlər artır və əksinə, tələb təklifdən aşağı olduqda bazardakı qiymətlər azalır.
(2) Əmək bölgüsü
A.Smitə görə, hər bir cəmiyyətdə əmək bölgüsünün səviyyəsi bazarın miqyası ilə ölçülür (məsələn, kiçik bir kənddə yükvuran fəhlə üçün iş tarmaq problemə çevrilir, çünki onun əməyinə kəndli qəssabın və ya çörək bişirənin elə bir ehtiyacı yoxdur). Bazar böyük olduqca əmək bölgüsünün və bununla əlaqədər əmək məhsuldarlığının artması üçün də geniş imkanlar yaranır.
(3) Şəxsi maraq
A.Smit “Xalqların sərvəti” adlı əsərində şəxsi maraq prtoblemini iqtisadi baxımdan müzakirə edir və paralel olaraq təkəbbür (ambisiya) probleminə toxunur.Təkəbbür dedikdə o, fərdin digərləri tərəfindən qəbul edilməsi arzusunu və öz vəziyyətini yaxşılaşdırmaqdan ötrü müvafiq addımlar atmasını nəzərdə tutur.

2.2.Elmin inkişaf mərhələləri. (Yunanıstan)


2.2.1.Antik fəlsəfənin meydana gəlməsi və mərhələləri


Antik dövrün fəlsəfəsi, xüsusilə, idealist təlimləri əsatirlər, din və insanların antimistik təsəvvürləri ilə bağlı olub.Ona görə də təsadüfi deyildir ki, antik cəmiyyətin filosofları birinici növbədə dünyanın yaranması,kosmologizm problemləri ilə məşğul olmuş,mövcudatın ilkin başlanğıcı və onun vəhdəti məsələlərina xüsusi diqqət yetirmişlər.
: Antik fəlsəfənin inkişafı aşağıdakı dörd mərhələdən keçmişdir

  1. Sokrata qədərki mərhələ.Bu mərhələ yunan fəlsəfəsinin formalaşdığı dövrdən onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə VII-V) dövrü əhatə edir.Birinci mərhələdə Milet məktəbi, Heraklit,Eley məktəbi, Pifaqor,Emrodokl, Anaksaqor və Yunan atomistləri fealiyyət göstərmişlər.

  2. Klassik mərhələ.Bu məhələ e.ə V əsrin yarısından başlanaraq e.ə IV əsrə qədər davam edib. Bu dövr əsasən Sokrat, Aristotel, və Rlatonun adı ilə bağlıdır.

  3. Ellinizm mərhələsi. Makedoniyalı İskəndərin (e.ə 334-324) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq “Ellinizm” mədəniyyəti adlanırdı.Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II əsrə qədər olan dövrü əhatə edir.Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlmişdir.Bunlar əlbəttə ki, Rlaton və Aristotel fəlsəfəsinin təsiri altında yaranmışdır.

  4. Roma mərhələsi.Bu antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. Bu dövr eramızdan əvvəl I əsrdən başlamış eramızın V-VI əsrlərinə qədər davam edib.




Yüklə 125,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin