Mövzu I: Tədqiqat anlayışı və onun əhəmiyyəti



Yüklə 125,15 Kb.
səhifə4/16
tarix11.11.2022
ölçüsü125,15 Kb.
#119312
1   2   3   4   5   6   7   8   9   ...   16
Mövzular

2.1.MÖVZU SEÇİMİ
Araşdırmanın ilk mərhələsində tədqiqatçı araşdırma mövzusunu müəyyən etməlidir. Mövzunun müəyyən olunmasında bir sıra amillər rol oynayır. Həmin amillərə tədqiqatçının şəxsi dünyagörüşü və düşüncəsi, həyat və iş təcrübəsi, cəmiyyətdə gedən proseslər, eləcə də mövzunun aktuallığını göstərə bilərik. Aktuallıq amilini xüsusi vurğulamaq lazımdır.
«mövzunun aktuallığı dedikdə onun xalq təsərrüfatı, cəmiyyət üçün dəyəri başa düşülür
Eləcə də böhranlı əhali qrupları ilə işləmək üçün, innovativ metodologiyanın işlənib-hazırlanması, yaxud təkmilləşdirilməsi sosiologiya elmi kontekstindən aktual hesab edilə bilər
Mövzu seçimində məlumatların əldə ediləcəyi vahidlərə - insanlar, müəssisələr və sənədlərə çıxış, eləcə də onların mövcud olub-olmaması mütləq nəzərə alınmalıdır.
tədqiqat mövzusunun seçilməsi və suallarının formalaşmasına təsir edən amillər aşağıdakılardır:

  • mövcud ədəbiyyatdakı boşluq və çatışmazlıqlar;

  • problemin həll yolunun göstərilməsi;

  • yeni nəzəriyyə və konsepsiyaların tətbiq edilməsi;

  • elmi ictimaiyyətdə müşahidə edilən inkişaf meyilləri, dəyişiklik və yenilik­lərin öyrənilməsi; şəxsi təcrübə və maraq;

  • gözlənilən nəticələrin elmi və praktiki dəyəri;

  • mövcud məlumatın və ya nəzəriyyənin doğruluğu və düzgünlüyünü yoxlamaq istəyi;

  • cəmiyyətdə baş verən dəyişiklikləri və prosesləri tədqiq etmək istəyi;

  • verilən sifariş.

Tədqiqat mövzusunu müəyyənləşdirərkən bu suallar nəzərdə saxlanılma­lıdır:

  1. Bu problem daha öncə işlənilibmi? İşlənilibsə, hansı nəticələr əldə edilib? Araşdırıla biləcək hansı boşluqlar mövcuddur?

  2. Hansı elmi-metodoloji yanaşma mövzunun öyrənilməsi üçün əlverişlidir? Bu günə kimi aparılmış araşdırmalarda hansı metodologiyalardan istifadə edilib?

  3. Seçdiyiniz mövzunun hansı cəhətlərinin araşdırılması həm faydalı, həm də metodoloji cəhətdən mümkündür?

  4. Aparacağınız araşdırma elmi ictimaiyyət üçün nə dərəcədə önəmlidir?

Mövzu sizin üçün maraqlı olmalıdır



Yüklə 125,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin