Mövzu 4: TƏDQİQAT STRATEGİYASI Tədqiqat strategiyası tək məlumattoplama metodunu yox, ümumən, bütöv prosesi - seçmə toplumun ərsəyə gətirilməsi, məlumatın toplanılması, təhlil edilməsi və s. prosesləri özündə cəmləyir.
Tədqiqat strategiyası hazırlanarkən araşdırmanın çərçivəsi və subyektlərin fəaliyyətinə yanaşma da müəyyənləşdirilməlidir
Araşdırmanın çərçivəsi məlumatların toplanması üçün istifadə ediləcək sualların hansı mərhələdə - əvvəl, yoxsa araşdırmanın gedişatında hazırlanmasını nəzərdə tutur.
Subyektlərin fəaliyyətinə yanaşma da iki cür olur - müdaxiləsiz vəmüdaxiləli araşdırma. Tədqiqatda da belədir - əvvəlcə strategiya hazırlanmalı, daha sonra isə məlumat toplama metodları mövcud imkanlara uyğun seçilməlidir.
Tədqiqatçının məqsədi və araşdırmanın mahiyyətindən asılı olaraq, hər bir strategiyanın münasibliyi qiymətləndirilməlidir.
Metodologiyada ən azı 6 cür tədqiqat çərçivəsinin olduğunu müşahidə edə bilərik (bunlar barədə növbəli hissələrdə danışılacaq):
Tədqiqat strategiyasının müəyyənləşdirilməsindən sonrakı mərhələdə tədqiqat strategiyasında toplanacaq materiallar, məlumat toplama metodları, seçmə metodları və təhlil texnikaları seçilir.