Mövzu İdman menecmenti fənnin öyrədilməsi metodu



Yüklə 62,65 Kb.
səhifə1/5
tarix01.01.2022
ölçüsü62,65 Kb.
#106926
  1   2   3   4   5
movzu-5


Mövzu 5. İdman menecmenti fənnin öyrədilməsi metodu.

5.1. İdman menecmentində idarəetmə metodu anlayışı və onun mahiyyəti.

5.2. İdarəetmə metodlarının təsnifatı.

5.3. Bədən tərbiyəsi və idman sahəsində resursların tərkibi.

5.4. İdman menecmentində təhlil, sintez, məntiq, deduksiya. İnduksiya və s. İdrak elementlərindən istifadə.

5.1. İdman menecmentində idarəetmə metodu anlayışı və onun mahiyyəti.

Menecmentdə metod dedikdə əmək prosesində işçilərin yaradıcı və təşəbbüskar işləmələrini təmin etmək üçün tətbiq edilən müxtəlif qayda və fəndlərin toplusu başa düşülür.

Menecmentin metodu – istehsalın təşkili və idarə olunması prosesində tətbiq edilən fəndlərin cəmi şəklində kollektivin məqsədyönlü fəaliyyətə yönəldilməsi başa düşülməlidir.

Metodların tətbiq edilməsi aşağıdakıların təmin edilməsindən ibarətdir:

İşçilərin və təşkilatın yüksək məhsuldarlıqla və səmərəli işləmələrinin təmin olunması;

Əmək kollektivinin ahəngdar və müntəzəm işləmələrinin təmin olunması;

Əmək prosesinin və texnoloji proseslərin, eləcə də idarəetmənin dəqiq təşkil edilməsi və müxtəlif sahələrin əlaqələndirilməsinin təmin edilməsi;

Qeyd etmək lazımdır ki, “metod” yunan sözü olub mənası üsul deməkdir.

İdarəetmənin metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf və vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunması formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və məzmunundan asılıdır. Bu metodlardan istifadə edib müəssisələrin idarə olunması isə rəhbərlərin öz idarəetmə üslubundan asılıdır. İdarəetmə üslubu isə hər bir rəhbərin öz xarakterinə xas olan fərdi idaərəçılik seçimi, yəni fərdi idarəetmə xüsusiyyətidir.

Bədən tərbiyəsi bə idmanın idarə edilməsi metodu idarə edən orqanın (subyektin) idarə edilənə (obyektə) təsir basitəsidir.

Bədən tərbiyəsi bə idmanın inkişafının qanunauyğunluqları bə idarəetmə münasibətlərinin xüsusiyyətləri əsasında metodların təsnifatı formalaşır. Bu baxımdan metodların təşkilati, inzibati, iqtisadi, hüquqi, sosioloji, psixoloji, əxlaqi, ideoloji bə s. formaları daha xarakterikdir.

Metod anlayışının mahiyyəti “qarşıya qoyulan məqsədə optimal yolla necə nail olmalı?” sualına verilən cavabla bağlıdır. Metod-üsul, üsullar sistemi deməkdir. Bədən tərbiyəsi və idmanın idarə edilməsi də öz fəaliyyətində bu prinsiplərə əsaslanır və onlardan qida alır. Metodun əsasını nəzəriyyə təşkil edir. Metod özü müəyyən bir metodologiyaya, elmi dünyagörüşünə əsaslanır. Metod dərketmə yolu ilə tədqiqat vasitəsidir. Obyekti dərk etmək üçün ayrı-ayrı insanların, kollektivlərin praktiki və nəzəri fəaliyyət bacarığı lazımdır.

Metodologiya intellektual vasitədir. Idarəetmədə vahid standart metod yoxdur. Onu idarəetmə nəzəriyyəsi olmadan idarə etmək mümkün deyildir. Bunun üçün rəhbərdə həm nəzəri, həm də praktiki planda əsaslı idarəetmə hazırlığı olmalıdır. Bura təşkilatçılıq, icraçıların seçilməsi və vəzifə bölgüsünün aparılması, təlimatlandırma, hər kəsin məsuliyyət hissini artırma, işi tapşırılan vaxtda yerinə yetirmə, görülən işin uçotunu aparma, nəzarət etmə və qərar qəbul etmə daxildir.

Göstərilən metodların hamısından gündəlik fəaliyyətdə kompleks şəkildə istifadə olunur. Onlar bir-biri ilə qırılmaz surətdə bağlıdır. Rəhbərlikdən idarəetmə məharəti tələb olunur. Onun bütün metodlardan bacarıqla istifadə etmək, onları seçib əlaqələndirmək, tabeliyində olan işçilərə təsir etməyin ən səmərəli üsullarını tapmaq hüququ vardır.

Idarəetmə metodları çoxsahəli və müxtəlifdir. Həmin metodlar konkret məzmununa, idarəetmə obyektinə, adamlara təsiretmə xarakterinə, idman növünün müxtəlifliyinə və s. görə fərqlənir.


Yüklə 62,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin