Mövzu İdman menecmenti fənnin öyrədilməsi metodu



Yüklə 62,65 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü62,65 Kb.
#106926
1   2   3   4   5
movzu-5

Elmi abstraksiya – iqtisadi proseslərdə ən vacib amilin seçilməsi ilə ikinci dərəcəlilərin sərf-nəzər edilməsi. Məsələn, Tələb və ya Təklif qanunu. Tələbə və təklifə çoxsaylı amillər təsir göstərir. Bunlardan əsası qiymətdir. Qiymətdən başqa bütün digər amillərin sərf-nəzər edilməsi ilə Tələb və Təklif qanunları ifadə olunur. Əks halda, çoxsaylı qeyri-qiymət amillərinin təsiri altında bu qanunauyğunlüğü aşkara çıxarmaq olmazdı.

Təhlil və sintez – mürəkkəb iqtisadi hadisə və prosesin tam halında öyrənilməsi çətin olduqda, onun hissələrə ayrılması və hər bir hissənin ayrılıqda öyrənilməsindən (təhlilindən) sonra onların birləşdirilməsi (sintez edilməsi). Məsələn, İqtisadi münasibətlərin tam halında öyrənilməsi çətinlik törətdiyi üçün, onun tərkib hissələri olan mülkiyyət, istehsal, bölgü, mübadilə, istehlak münasibətləri ayrı-ayrılıqda öyrənilir. Sonra isə həmin biliklər əsasında iqtisadi münasibətlər haqqında fikirlər ümumiləşdirilir.

Tarixi və məntiqi – iqtisadi hadisə və proseslər müəyyən tarixi şəraitdə və tarixi ardıcıllıqla baş verir. Həmin tarixi şəraitin öyrənilməsi daha dəqiq nəticənin alınmasına gətirib çıxarır. Həm də bu zaman məntiq vasitəsilə təsadüfi hallar kənarlaşdırılır. Beləliklə tarixi metoda əsasən gəlinmiş nəticə məntiqi metodla təsdiq edilir.

İnduksiya və deduksiyainduksiya toplanma, deduksiya isə hasil etmə mənasını verir. Əvvəlcə iqtisadi hadisə və proses barədə məlumatlar toplanır, sistemləşdirilir və dəqiq nəticə hasil edilir.

Praktiki – iqtisadi elmi müddəalar, tezislər praktikada yoxlanılır, onların doğru və ya yanlış olması müəyyən edilir.

Riyazi – iqtisadiyyatın öyrənilməsində geniş tətbiq olunan metodlardandır. Bu zaman müxtəlif riyazi əməliyyatlardan, riyazi modellərdən istifadə olunur. Bu metodlar daha çox statistikada tətbiq edilir. Nobel mükafatı laureatlarının əksəriyyəti bu metodlardan istifadə etmişlər.


Yüklə 62,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin