Bədən tərbiyəsi hərəkatı əhalinin könüllü olaraq bədən tərbiyəsi bə idmana maraqları əsasında fiziki hərəkətlər bə idmanla məşğul olması, rəsmi bə özfəaliyyət formalarında keçirilən kütləbi bədən tərbiyəsi, sağlamlıq bə idman tədbirlərində, eləcə də ictimai bədən tərbiyəsi işlərində iştirakı deməkdir.
Bədən tərbiyəsi və idman sahəsində resursların tərkibi dedikdə bura aiddir:
-insan resursları;
-maliyyə resursları;
-informasiya resursları;
-maddi resurslar;
-texniki avadanlıqlar.
İnsan resurları dedikdə bura məşqçilər, idmançılar, hakimlər və s. aiddir. İdmançı - seçdiyi idman növü və ya növləri ilə mütəmadi olaraq məşğul olan və idman yarışlarında iştirak edən fiziki şəxsdir. Yüksək səviyyəli idmançı - müvafiq idman adına (dərəcəsinə) malik və yüksək idman nəticələrinə nail olmaq məqsədilə idman yarışlarında çıxış edən şəxsdir. Məşqçi - idmançılarla təlim-məşq prosesini həyata keçirən, onların yüksək nəticələrə nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta ixtisas təhsilinə malik fiziki şəxsdir. İdman hakimi - idman yarışının təşkilatçısı tərəfindən idman növünün qaydalarına və yarışın əsasnaməsinə (reqlamentinə) riayət olunmasına nəzarət etməyə səlahiyyətləndirilmiş, xüsusi hazırlıq keçmiş və müvafiq təsnifat dərəcəsini almış fiziki şəxsdir.
Bədən tərbiyəsi və idman sahəsində maliyyə resursları bədən tərbiyəsi təşkilatlarının maliyyəsi, yəni puldan istifadə etməklə bağlı iqtisadi münasibətləri cəmiyyətin ayrı-ayrı sahələrinin ümumi maliyyə sisteminin bir hissəsini təşkil edir. Buna görə də ümumi maliyyənin durumunda meydana çıxan bütün qanunauyğunluqlar bədən tərbiyəsi təşkilatlarının da maliyyə fəaliyyətində müşahidə edilir. Belə ki, bədən tərbiyəsi bə idmana xərclənən maliyyə vəsaitlərinin həcmi, bölgüsü və istifadəsi milli gəlirin, əhalinin gəlirlərinin həcmi və təyinatından, cəmiyyətin istehsalat gücündən, eləcə də bilavasitə bədən tərbiyəsi və idmanın inkişaf vəziyyətindən asılıdır.
Azərbaycan Respublikasının “Bədən tərbiyəsi bə idman haqqında” Qanununda bədən tərbiyəsi bə idmanın əsasən döblət büdcəsindən ayrılan bəsaitdən, idman tədbirlərinin telebiziya basitəsilə translyasiyasından, tamaşa xarakterli bədən tərbiyəsi bə idman tədbirlərinin keçirilməsindən daxil olan bəsaitdən, fiziki bə hüquqi şəxslərin ianələrindən və digər mənbələrdən maliyyələşdirilməsi qeyd edilir.
Ümumiyyətlə, bədən tərbiyəsi və idman ölkəmizdə bir çox mənbələrdən maliyyələşdirilir. Onlardan əsasları aşağıdakılardır:
Dövlət büdcəsindən ayrılmış maliyyə bəsaiti;
Büdcədən maliyyələşdirilən digər nazirlik və idarələrdən (Təhsil, Müdafiə, Fövqəladə Hallar, Daxili Işlər, Milli Təhlükəsizlik Nazirlikləri bə s.) bu sahəyə ayrılmış maliyyə bəsaitləri;
Həmkarlar ittifaqları və digər ictimai təşkilatların ayırdıqları bəsaitlər;
Təsərrüfat hesabında olan idarə bə müəssisələrin sosial-mədəni tədbirlər bə yaşayış obyektlərinin inşası fondundan ayrılmış vəsaitlər;
Ayrı-ayrı şirkətlər, istehsalat müəssisələri, fermer təsərrüfatları və digər bu kimi təşkilatlardan daxil olan bəsaitlər.
Bədən tərbiyəsi təşkilatlarının özlərinin əldə etdikəri vəsaitlər, o cümlədən:
idman qurğuları bə abadanlıqlarının icarəyə və kirayəyə verilməsindən;
idman tədbirlərindən;
telebiziya translyasiyaları bə reklamlardan;
əhaliyə pullu xidmət işlərindən;
idman lotereyasının keçirilməsindən;
hüquqi bə fiziki şəxslərin üzvlük haqlarından, hamilik yardımlarından;
sponsorluq edən təşkilatlardan;
yüksək səviyyəli idmançıların və məşqçilərin başqa təşkilatlara, o cümlədən xarici ölkələrin klublarına transfer edilməsindən bə s.
Bədən tərbiyəsi və idman hərəkatı bütövlükdə, yuxarıda qeyd edildiyi kimi, əsasən dövlət büdcəsindən ayrılan vsaitlər hesabına maliyyələşdirilir.
Bədən tərbiyəsi və idmanın maliyyələşdirilməsində digər mənbələrdən ayrılmış maliyyə bəsaitləri mübafiq idman təşkilatlarının illik büdcəsinə (yaxud xərclər smetasına) uyğun olaraq bütöblükdə bədən tərbiyəsi bə idmanın ayrı-ayrı sahələri üzrə inkişafına yönəldilir.
Bədən tərbiyəsi və idman sahəsində informasiya resursları. İdarəetmədə ünsiyyətin kommunikativ tərəfi, yəni informasiya mübadiləsi tərəfi çox önəmli yer tutur. Kifayyət qədər operativ, etibarlı, vaxtında və həqiqi informasiya olmadan müəssisənin idarə edilməsi səmərəli həyata keçirilə bilməz. İnformasiya i/e prosesinin əsası hesab edilir. İnformasiya nə qədər təkmil olarsa təşkilatın idarə edilməsinin keyfiyyəti bir o qədər yüksək olar. Menecerin informasiya fəaliyyəti ondan informasiya yığımı, təhlili və emalı prosesinin dəqiq təşkilini tələb edir. Müəssisədə menecer daxil olan informasiyanın vacib yaxud 2-ci dərəcəli olmasını müəyyən etməyi bacarmalıdır. Təcrübəli menecer firma çərçivəsində kommunikasiyaları və informasiya mübadiləsini nizama salmalıdır.
Menecmentin funksiyalarının yerinə yetirilməsi də, fərdlər və sosial qruplar arasındakı qarşılıqlı fəaliyyət də kommunikasiyalar və informasiya mübadiləsi vasitəsilə həyata keçirilir. İdarəetmə subyekti haqqında obyektə və informasiya ötürməyə imkan yaradan hər şey kommunikasiya vasitəsidir. Onlara aiddir: yığıncaqlar, şəxsi söhbətlər (müsahibələr), xidməti qeydlər, iş barədə hesabat, telefon danışıqları, videoçarxlar (görüntü çarxları), elektron poçt, internet və s. İnformasiya və kommunikasiya qarşılıqlı əlaqədədirlər. Lakin kommunikasiya ötürüləcək informasiyanı və onun neçə ötürüləcəyini də özündə cəmləşdirir.
Belə ki, İdarə edən sistem istehsalat və maliyyə-təsərrüfat fəaliyyəti prosesində özünün verdiyi texniki-iqtisadi parametrlərin vəziyyəti haqqında idarə edilən sistemdən informasiya alır. Alınan informasiya haqqında idarə edən sistem i/e əmrlərini yaradır və icra üçün onları idarə edilən sistemə ötürür. Müəssisədə fəaliyyət göstərən i/e prosesindəki informasiyaları aşağıdakı kimi təsnif etmək olar:
1. Əks etdirmə formasına görə (vizual, audio vizual və qarışıq).
2. Təqdim etmə forması üzrə (rəqəmli, hərfi, kodlaşdırılmış).
3. İ/e prosesində roluna görə (analitik proqnozlu, hesabat, elmi, normativ).
4. Keyfiyyətinə görə (həqiqi, dürüst, həqiqətə uyğun , doğru olmayan, yanlış).
5. İstifadə imkanlarına görə (zəruri olan, kifayət edən, izafi).
6. Yenilənmə dərəcəsi üzrə (daimi, dəyişən).
7. Müəssisənin fəaliyyət dərəcəsinə görə (iqtisadi, idarəedici, sosial, texnoloji).
8. Yaranma mənbəyi üzrə (təşkilatdaxili, xarici).
9. Yaranma dərəcəsinə görə (ilkin, törəmə, ümumiləşdirilmiş).
10. Təmsil edilmə növünə görə (çap mətni, mikrofilm, videofilm, maşın daşıyıcısı).
11. Daxil olma vaxtına görə (dövri, daimi, epizodik, təsadüfi).
İnformasiyanın daha bir növünü ayırmaq olar ki, bu da hər bir insanın yaddaşında mövcuddur. Bunlara elmi bilikləri, toplanılan təcrübəni, i/e-də artıq istifadə edilən oxşar i/e situasiyaları, digər müəssisələrin işi haqqında dərc olunan çap məlumatları, istehsalat, maliyyə-təsərüfat fəaliyyətinə və i/e-yə və s. təsir edən amilləri aid etmək olar.
Menecer informasiyasının saxlanılması və onun sızmasının aradan qaldırılması məsələlərinə böyük diqqət yetirməlidir. Bundan başqa menecer müəssisədə informasiya sisteminin qurulmasına xüsusi fikir verməlidir.
5.4. İdman menecmentində təhlil, sintez, məntiq, deduksiya. İnduksiya və s. idrak elementlərindən istifadə.
Hər bir elmin öyrənilməsində müəyyən metodlardan, üsullardan istifadə edilir. Metodologiya isə – həqiqəti elmi dərk etməyin üsulları, vasitələri haqqında elmdir.
Tədqiqat metodları çoxdur və onlardan demək olar ki, bütün elmlərdə istifadə olunur. Biz onlardan bəziləri barədə danışacağıq. Bu metodlardan aşağıdakıları göstərmək olar:
Dostları ilə paylaş: |