4.Alqı-satqı kontraktlarının (müqavilələrin ) bağlanması
Müqavilə münasibətləri müqavilə qabağı dövr keçirir .Bu dövrdə ilkin danışıqlar gedir .Qarşıda duran sövdələşmənin (sazişin ) əsas şərtləri müəyyənləşdirilir .Bu danışıqlar yazışmalar (poçta ,teleqraf ,teletayp , faks )şəxsi görüşlər və telefon danışıqları yolu ilə həyata keçirilir .Bunlardan ən geniş yayılanı yazışmadır .
Xarici ticarət sazişlərin (razılaşmaların ) əsas üstünlükləri onların operativliyi, cəldliyi, praktikliyi (sifarişlərin teleqraf, faks ,yaxud teletayp vasitəsilə aparılması )və qənaətcil olmasıdır.Yazışmanı azaltmaq, şəxsi danışıqlara geniş yollar açmaq müasir dövrün tələblərindən biridir .
Şəxsi danışıqlar sərgilərdə və yarmarkalarda üstünlük təşkil edir ,daha əlverişli olur.Burada eyni zamanda kontraktlar da bağlamaq mümkündür .
Alqı-satqı kontraktlarının bağlaması üsulları Beynəlxalq ticarət təcrübəsində ixrac –idxal sazişləri bağlanmasının müxtəlif üsulları , qaydaları tətbiq olunur .
Bunlar aşağıdakılardan ibarətdir.:
1.İştirakı olan kontragentlər kontraktı hökmən imzalamalıdır.Alqı –satqı kontraktı o zaman bağlanılmış hesab edilir ki, hüquqi ünvanlar göstərilməklə tərəflər ciddi müzakirədən sonra ona imza atsınlar .İmza atanlar buna hüquqi şəxslər ola bilər .Həm də müqavilə münasibətləri o zaman rəsmi xarakter(rəsmi sənəd forması ) alır ki ,onu iştirakçıların hamısı imzalamış olsun .Əgər tərəflər ikidirsə, müqavilə iki nüsxədə, əgər üç və daha çoxdursa, həmin müqavilələri onların hamısı imzalamalıdırlar .
Əgər satıcı və alıcı eyni yerdədirsə (məkandadırsa) ,onlar kontraktı birgə imzalayırlar .Müxtəlif coğrafi məkanda olduqda onlardan biri müqavilənin bütün nüsxələrini imzalayır və imzalanması üçün digərlərinə göndərilir.
2.Satıcının möhkəm ofertinin alıcı tərəfindən aksept olunması Əgər alıcı ofertin bütün şərtləri ilə razıdırsa, o, satıcıya rəsmi (yazılı )razılıq məktubu göndərir və məktubda qeyd- şərtsiz olaraq aksept olunduğu, yəni satıcının möhkəm ofertinin qəbul edildiyi bildirilir.Əks təqdirdə, aydınlıq gətirmək üçün alıcı öz şərtlərini əlavə edə bilər .
3.Alıcının kontrofertinə satıcının aksepti . Alıcı, yuxarıda göstərildiyi kimi, bir və bir neçə şərtlərlə razı olmadıqda, o ,özünün əlavə şərtlərini bildirməklə kontrofert göndərir .Satıcı həmin yeni şərtlərlə razı olduqda, onu aksept edir ,əks təqdirdə, onun satıcısınin təklifi ilə yeni razılaşmalar prosesi başlayır .
4.Alıcı tərəfindən verilən yeni sifarişin( əlavə şərtlər verildikdən sonra) satıcı tərəfindən aksept edilməsi (bəyənilməsi ). Bu halda saziş (razılaşma ) iki sənədlə rəsmiləşdirilir: alıcının sifarişi və satıcının (malgöndərənin )təsdiqi .Sazişi bağlanmasının bu üsulu kontragentlərin uzun müddət işguzar münasibətlərdə olduğu halda istifadə edilir.Belə sifarişlər cox hallarda işlənib hazırlanacaq və yaradılacaq mürəkkəb strukturlu avadanlığa şamil edilir .Bu halda bir qayda olaraq, alıcı satıcını öncədən maliyyələşdirir (iri məbləğdə avans verir).Adətən belə məhsulun (təyyarə ,elektrovoz və s. ) yaradılması əsasən alıcı hesabına həyata keçirilir.
5.Kontragentlər arasında öncədən razılaşdırılmış danışıqların təsdiqlənməsi barədə məktublaşma. Bütün şərtlər konkret formada bəyənildikdə razılaşmanın əsas şərtləri yazılı qaydada hökmən təsdiqlənməlidir .Bu halda yeni alqı- satqı kontraktları müxtəlif formada ola bilər .Məsələn , yazılı ,şifahi , qismən yazılı və qismən şifahi .
Bir çox məmləkətlərin milli qanunvericiliyi müqavilənin (kontraktın )hökmən yazılı formasını tələb edir , həm də bu müqavilə (kontrakt )öncədən ofert, aksept və s formada yazılı şəkildə başa çatdırıldıqdan sonra rəsmiləşdirilir və qüvvəyə minir .
Kontrakt (müqavilə) üzrə tərəflərin hüququ və vəzifələri bütün kontragentlərin məsuliyyətli nümayəndələri tərəfindən imzalandığı andan qüvvəyə minir.
Beynəlxalq təcrübədə bəzi hallarda razılaşmalar (sazişlər ) şifahi qaydada da bağlanıla bilər .Bunula belə, şifahi razılaşmalar sonralar hökmən yazılı kontraktlarla (müqavilələrlə ) təsbit olunmalıdır .
Təkrar üçün suallar
1.Beynəlxal ticarət əməliyyatlarının yerinə yetirilməsi metodalarını göstərin.
2.İdxalat-ixracat əməliyyatları sistemində gömrük –tarif məsələləri necə tənzimlənir ?
3.İdxalat –ixarcat əməliyyatlarının uçotu, onun unifikasiyası və malların kodlaşdırılmasının yeri və rolu.
4.İxracat və idxalat sövdələşmələrinə hazırlıq üsullarını xarakterizə edin .
5.Alqı – satqı kontraktlarının bağlanması üsulları və qaydalarını müəyyənləşdirin .
Dostları ilə paylaş: |