Keş-yaddaş – RAM-a köməkçi yaddaşdır, amma informasiya tutumu ondan xeyli azdır. Keş yaddaş sürət baxımından registr yaddaşdan geri qalsa da, RAM-ı xeyli üstələyir. Keş yaddaşın vəzifəsi kompüterdəki verilənlərə daha sütərlə vüraciəti təmin edir. ən çox müraciət edilən proqramların və faylların ünvanı Keş yaddaşda qalır və yenidən istifadə zamanı onlar daha sürətlə açılır.
Daimi yaddaş (ROM – Read Only Memory, sabit yaddaş) - elektrik enerjisindən asılı olmayan yaddaşdır, informasiyanın daimi saxlanılması üçün istifadə edilir. Burada əməliyyat hissəsinin bir bölməsi – daxiletmə və xaricetmənin baza sistemi (BIOS), kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s. saxlanılır.