|
|
səhifə | 10/10 | tarix | 10.01.2022 | ölçüsü | 82,45 Kb. | | #108886 |
|
BİLET: 4.5
Kompyuter şəbəkələri (KŞ) abonent sistemlərinin ərazilər üzrə yerləşdirilməsinə görə üç sinfə bölünür: 1) Qlobal şəbəkə (WAN–Wide Area Network); 2) Regional, yəni nisbətən böyük ərazini əhatə edən şəbəkə (MAN – Metropolitan Area Network); 3) Lokal şəbəkə (LAN – Local Area Network). Qlobal şəbəkə müxtəlif ölkələrdəki abonentləri müxtəlif istifadəçi- lərlə əlaqələndirir. Şəbəkədə informasiya mübadiləsi telefon xətti, radio- əlaqə, peyk rabitəsi ilə həyata keçirilir. Qlobal kompyuter şəbəkələri (KŞ) insanlara, öz problemlərini həll edə bilmək üçün şəbəkədə mövcud olan müxtəlif informasiya resurslarına müraciət etməyə və onlardan yararlanmağa imkan yaradır. Regional (nisbətən böyük ərazini əhatə edən) KŞ bir-birindən kifayət qədər aralı (10-100 km) məsafədə yerləşən abonentləri əlaqələndirir. Belə KŞ-lər bir şəhər daxilində, müəyyən iqtisadi rayon, inzibati ərazi sahələri üzrə yerləşən abonentləri əlaqələndirə bilir. Lokal kompyuter şəbəkələri (LKŞ) müxtəlif telekommunikasiya qurğuları ilə çox da böyük olmayan (nisbətən kiçik ərazilər üzrə yerləşən) abonentləri əlaqələndirir. Hazırda LKŞ-də abonentlərin necə yerləşməsi barədə dəqiq heç nə demək olmaz. Ona görə ki, belə şəbəkələr, adətən, konkret müəssisələr, təşkilatlar üzrə yaradılır. Lokal şəbəkələrlə əlaqələndirilən abonentlər arasında məsafə 2 ÷2,5 km-ə qədər ola bilər.
Dostları ilə paylaş: |
|
|