Əksər alqoritmlərdə onun addımlarının ardıcıllığını müəyyən edən şərtlər olur. Bu cür alqoritmlərə budaqlanan
alqoritmlər deyilir.
Budaqlanan alqoritmlər- tam və natamam formalarda olur. Tam formada “hə” və “yox” budaqları iştirak etməlidir. Natamam formada əmrlər yalnız bir budaqda olur.
Misal:
Y-in qiymətini hesablamaq
üçün alqoritm tərtib edin:
BİLET: 4.3
Ana plata - kompüterin əsas daxili qurğusudur. Buna əsas plata (Mainboard) və ya sistem platası da deyilir. Bütun qurğuların bir biri ilə əlaqəli işləməsini təmin edir. Üzərində keçiricilər olan teksolit əsaslı böyük lövhədir. Bütün qurğular ana plataya daxılır. Ana plata uzərinə qurğular yerləşdirmək üçün müxtəlif yuvalar mövcuddur. Ana platanın üzərində prosessor, əməli yaddaş, giriş - çıxış kontrolleri, CMOS, BİOS, Chipset mikrosxemləri və s. yerləşir. Anaplatanı Qida Bloku (Power Supply) enerji ilə qidalandırıır. Ana plata daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də plata tipinə görə korpusa uyğun gəlməlidir.