Əməli yaddaş (RAM – Random Access Memory, operativ yaddaş, müvəqqəti yaddaş) - elektrik enerjisindən asılı olan yaddaşdır, informasiyanın müvəqqəti saxlanılması üçün istifadə edilir.
Əməli yaddaş qurgusu ana plata üzərində yerləşir və mikroprosessorda yerinə yetirilən əməliyyat üçün lazım olan verilənləri və əmrləri müvəqqəti yadda saxlamaq üçündür və məlumat tutumunun həcmi 4-16 Gbayt-a qədər olur.
Əməli yaddaşdan ədədin oxunması təqribən 5060 nanosaniyə müddətində olur. Bu isə yüksək sürətli mikroprosessorun (CPU) işini ləngidir. Bu problemi aradan qaldırmaq üçün keş-yaddaşdan istifadə edilir.