Faizsiz bank = Klassik bank – faiz İslam bankı = Faizsiz bank – şəriət qanununa zidd olan əməliyyatlar Yəni, hər bir islam bankı faizsiz bankdır. Lakin, hər bir faizsiz bank islam bankı demək
deyildir.
İslam bankçılığını hər bir ölkə Quran ilə yanaşı öz qanunları ilə də tənzimləyir. Belə ki, hər
bir ölkənin praktikasında bunlar fərqlənir. İslam Bank sistemi öz fəaliyyət sistemini əsasən üç
prinsip üzərində qurur:
1. Mudaraba 2. Müşərəkə 3. Murabaha Mudaraba (müzaribə) - İslam bank fəaliyyətində əsas götürülən bu prinsip bu və ya digər
işin görülməsi və ya layihənin hazırlanması üçün ideyanın, fəaliyyətin birləşməsi, ortaq bir işin və
ya ticarətin aparılmasıdır. Burada bir sözlə desək, bir tərəfdən pul qoyulur, digər tərəfdən əmək.
Bank və onunla tərəfdaşlıq qurmaq istəyən şəxs müştərək razılaşma yolu ilə hər hansı layihəni,
mənfəət və ziyanın bölgüsünü əvvəlcədən gəldikləri sövdələşməyə uyğun olaraq həyata keçirirlər.
Müşərəkə - İki tərəfin ortaqlığa girməsi deməkdir. Müşərəkə prinsipində hər hansı bir
layihənin həyata keçirilməsində partnyorla bankın əməkdaşlığa girməsi nəzərdə tutulur. Hər iki
tərəf payçı kimi iştirak edir. Belə şəraitdə partnyor bankın malını tədricən satın almaq imkanına
malik olur və mənfəət pay qoyulmuş sərmayəyə görə deyil, ümumi faydaya görə bağlanmış sazişə
əsasən götürülür.
Murabaha - Əsasən satın alınan bir şeyin üzərinə iş görməyi əlavə etməklə, bir başqasına
satılmasını ifadə edir. Komisyon qaydası ilə alınan mallar sərmayəsinə və ondan aşağı qiymətə də
satıla bilər . Bu o zaman baş verir ki, alınan malın nə qədər iş əlavə etmək mümkünlüyünün
müəyyən olunacağı şəraitdə baş verir. Banka bu və ya digər malın alınmasını sifariş edən partnyor
həmin malı bank vasitəsilə alır. Həmin malı alan tərəfdaş onu reallaşdıra bilmədikdə, bank onu
geri satın alır, müəyyən bir iş əlavə etməklə onu təkrar satır.